"Turan Tovuz" "Qarabağ"ın sabiq futbolçusunu transfer etdi

20.07.2022 15:14 499
Ölkə futbolu
“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Premyer Liqa təmsilçisi yarımmüdafiəçi Cavid Tağıyevi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu ilə bir illik müqavilə bağlanıb.

Vaxtilə Azərbaycan milli komandasının da üzvü olan Tağıyev “Səbail”, “Sabah”, “Sumqayıt”, “Zirə”, “Qarabağ” və AZAL-ın da formasını geyinib.