"Turan Tovuz" Ehtiram Şahverdiyevi yola saldı

7.07.2023 11:34 276
Ölkə futbolu
"Turan Tovuz" futbolçusu Ehtiram Şahverdiyevlə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, 27 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Ehtiram Şahverdiyev 2022-ci ildən "Turan Tovuz"da çıxış edir. O, daha əvvəl "Qəbələ" və "Sumqayıt"ın da formasını geyinib.