UEFA “Şerif”in avrokuboklardakı çıxışı ilə bağlı qərar verib.
Avropanın ali futbol qurumu Moldova klubuna qadağa qoyub. Qərara əsasən, “Şerif” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Zrinski” (Bosniya və Hersoqovina) ilə ev oyununu Tiraspol şəhərində keçirə bilməyəcək. Bu qadağa növbəti qərar açıqlanana qədər qüvvədə olacaq. Həmin matç iyulun 13-də keçirilməlidi.
UEFA bu qərarı bölgədəki təhlükəli vəziyyəti nəzərə alaraq verib. “Şerif”ə ev oyunlarını alternativ şəhərlərdə keçirmək təklif olunub. Qeyd edək ki, Tiraspol şəhəri hazırda Rusiya ilə müharibənin davam etdiyi Ukrayna ilə sərhəddə yerləşir.