Roberto Bordin artıq “Şerif”i çalışdırmır.
"Football-plus.az" xəbər verir ki, Moldova klubu onunla əməkdaşlığı dayandırıb.
İtaliyalı mütəxəssis komandanın Avropa Liqasında “Slaviya”ya məğlubiyyətindən sonra istefaya göndərilib. Praqada 0:6 hesabı ilə uduzan tiraspollular G qrupunda keçirdiyi “Roma” ilə ilk matçda (1:2) da xal qazana bilməmişdilər.
Bordin “Şerif”i bu ilin yanvarından çalışdırırdı. 58 yaşlı məşqçi bundan əvvəl Moldova yığmasına, “Neftçi”yə və “Şerif”ə başçılıq etmişdi. Başqa sözlə, italiyalı Tiraspol klubundan ikinci dəfə qovulub.
“Neftçi”nin sabiq çalışdırıcısı qovuldu
Dünya futbolu


