"Zirə" Moldova komandasıyla qarşılaşacaq - Avropa Liqası

18.06.2024 17:18 375
Ölkə futbolu / Avropa Liqası
Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Zirə"nin 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticəsinə görə, Bakı klubu ilk təsnifat mərhələsində Moldovanın "Şerif" komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 11-də, cavab matçları isə 18-də keçiriləcək.