Qadın futbolçulardan ibarət U-17 milli komandamız Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu oyununu keçirib.
“Football-plus.az” xəbər verir ki, milli ABFF Təlim-Məşq Mərkəzində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun Türkiyə yığmasının böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.
Xatırladaq ki, U-17 ilk 2 görüşündə Belarus (1:3) və Qazaxıstan (2:2, penaltilərlə 1:4) kollektivlərinə məğlub olub. Türkiyə millisi isə həm Qazaxıstan (5:0), həm də Belarus (3:1) yığması üzərində qələbə qazanıb.