U-21 millimiz bu gün Slovakiya ilə qarşılaşacaq

7.06.2024 11:34 218
Yığma / Manşet
21 yaşadək futbolçulardan ibarət millimiz bu gün yoldaşlıq oyunu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu yığma səfərdə slovakiyalı həmyaşıdları ilə üz-üzə gələcək.

Bratislavadakı Senec Məşq Mərkəzindəki matç Bakı vaxtı ilə saat 20.30-da start götürəcək.

Qeyd edək ki, U-21 iyunun 11-də Bakıda Bolqarıstan kollektivi ilə qarşılaşacaq.