Elçin “Kəpəz”i “Zirə”yə nəyə görə dəyişib? - açıqlama

7.06.2024 10:31 278
Aktual / Ölkə futbolu
Bir neçə gün əvvəl Elçin Əlicanov “Kəpəz”lə yollarını ayırdı.

2021-ci ildən “sarı-göylər”in şərəfini qoruyan müdafiəçi karyerasına birinci liqada başlayıb, son iki ildə Gəncə təmsilçisinin heyətində premyer-liqada çıxış edib. Bu müddətdə 73 oyun keçirən gənc futbolçu 2 qolla yadda qalıb. Bəs Elçinin “Kəpəz”dən ayrılmasına səbəb nə oldu?
Bunu dəqiqləşdirmək üçün Əlicanova müraciət etdik. Onun “Football-plus.az”a söylədikləri belə oldu:

“Kəpəz”də müqaviləmin müddəti bitirdi. Bir neçə komanda mənimlə maraqlandı, heyətində görmək istədiyini bildirdi. Rəşad Sadıqovun məni komandasında görməyi daha çox istəməsi “Zirə”ni seçməyimə səbəb oldu. Ümid edirəm ki, həm mən, həm də onlar üçün xeyirli olar. Sizin vasitənizlə də “Kəpəz”ə təşəkkürümü bildirirəm”.

RÖYANƏ OĞUZ