Papunaşvili “Kəpəz”dən ayrılır? – Adil Şükürovdan iddialı açıqlama

27.12.2023 13:51 2 410
Ölkə futbolu / Manşet
“Kəpəz”in gürcü yarımmüdafiəçisi Georgi Papunaşvili yüksək göstəriciləriylə premyer-liqada diqqəti çəkir. 28 yaşlı futbolçu cari mövsümdə meydana çıxdığı 12 oyunda 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Bu da onun iddialı klubların maraq dairəsinə düşməsinə səbəb olub.

Əldə etdiyimiz məlumata görə, “Sabah” və “Zirə” futbolçunu icarəyə götürmək niyyətindədi. Bəs “Kəpəz” bu məsələyə necə baxır?

Baş məşqçi Adil Şükürovla əlaqə saxlayıb, futbolçunun mümkün gedişi haqda fikirlərini öyrəndik. Onun “Football-plus.az”a söylədikləri:

“Papunaşvilinin yaxşı performans göstərdiyinin fərqindəyəm. Düzdü, bəzi tərəflər də onun xidmətində maraqlıdı. Lakin futbolçunu nə sata bilərik, nə də icarəyə verərik. O, bizə lazımdı. Bunu özü də dərk edir. “Kəpəz”ə kömək etmək niyyətindədi. Premyer-liqada qalmağımız üçün əlindən gələni əsrigəməyəcəyini də ifadə edib. Yaxşı oyunçudu. Azı bir mövsüm bizimlə olması vacibdi”.

KƏNAN BAHADIR