“Kəpəz”də ayrılıq

3.06.2024 14:29 199
Ölkə futbolu
“Kəpəz” Elçin Əlicanovla vidalaşıb.

"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisi futbolçu ilə başa çatan müqaviləni yeniləməyib.

Əlicanov son üç ildə "sarı-göylər"in şərəfini qoruyub. Onun Gəncədəki karyerası 2021-ci ildə 1-ci diviziondan başlayıb. Müdafiəçi iki mövsüm də "Kəpəz" ilə premyer-liqada oynayıb.