Həmçinin müvafiq yaş qrupları üzrə milli komandaların baş məşqçiləri həmin vaxta qədər Avropa çempionatının seçmə mərhələsinə hazırlıq və hədəflər barədə hesabat təqdim edəcək. Aşağı yaş qrupları üzrə ən gənc, yəni 16 yaşlılardan ibarət yığmaya rəhbərlik edən Aqil Nəbiyevlə komandanın yay planları barədə danışdıq:
“Planımızda bu ay toplanış keçirmək var. Növbəti aylarda da müəyyən planlarımız var, lakin tam dəqiqləşmədiyi üçün bir şey deyə bilmirəm. Ancaq bu ayın ortaları birhəftəlik toplanışımız var. Bu, seleksiya xarakterli toplanış olduğu üçün planımızda yoldaşlıq oyunu yoxdu. Çox güman, iki tərəfli oyun olacaq. Növbəti aylarda isə planımızda var ki, hazırlıq görüşləri keçirək. Ancaq bu ay sırf seleksiya xarakterli ilk toplanışımızdı. Ona görə də ikitərəfli oyunla kifayətlənəcəyik”.
KAMAL SƏFƏR




