“Leqanes” də elitaya yüksəldi

5.06.2024 21:30 156
Dünya futbolu
Bir həftə əvvəl La Liqaya vəsiqəni təmin edən “Valyadolid”in ardından “Leqanes” də növbəti mövsüm elitada oynamaq hüququnu qazandlş Borxa Ximenesin çalışdırdığı komanda son turda “Elçe”in məğlub etməklə xalını 74-ə çatdırdı.

“Football-plus.az” xəbər verir ki, turnir cədvəlinin 3-6-cı pillələrində qərarlaşan “Eybar”, “Espanyol”, “Sportinq” və “Ovyedo” isə sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək. “Ovyedo” ilə “Eybar” iyunun 8-i və 12-də, “Sportinq”lə “Espanyol” isə 9-u və 13-də qarşılaşacaq.

42-ci tur: Saraqosa – Albasete 1:1, Eybar – Ovyedo 4:3, Eldense – Sportinq 0:1, Espanyol – Kartaxena 3:0, Leqanes – Elçe 2:0, Mirandes – Amorebyeta 1:0, Tenerife – Valyadolid 2:1, Vilyarreal B – Rasinq 1:0, Alkorkon – Burqos 1:1, Andorra – Ferrol 1:0, Ueska – Levante 0:0.
1. Leqanes 42 20 14 8 56-27 74
2. Valyadolid 42 21 9 12 51-36 72
3. Eybar 42 21 8 13 72-48 71
4. Espanyol 42 17 18 7 59-40 69
5. Sportinq 42 18 11 13 51-42 65
6. Ovyedo 42 17 13 12 55-39 64
7. Rasinq 42 18 10 14 63-55 64
8. Levante 42 13 20 9 49-45 59
9. Burqos 42 16 11 15 52-54 59
10. Ferrol 42 15 14 13 49-52 59
11. Elçe 42 16 11 15 43-46 59
12. Tenerife 42 15 11 16 38-41 56
13. Albasete 42 12 15 15 50-56 51
14. Kartaxena 42 14 9 19 37-51 51
15. Zaraqosa 42 12 15 15 42-42 51
16. Eldense 42 12 14 16 46-56 50
17. Ueska 42 11 16 15 36-33 49
18. Mirandes 42 12 13 17 47-55 49
19. Amorebyeta 42 11 12 19 37-53 45
20. Alkorkon 42 10 14 18 32-53 44
21. Andorra 42 11 10 21 33-53 43
22. Vilyarreal B 42 11 10 21 41-62 43
Bombardir: Breytueyt (Espanyol) – 22.