• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” yenə lider oldu, “Atletik” “top-4”ə yüksəldi

Dünya futbolu

24-12-2023, 12:0

Qəzetimizin ötən sayında La Liqanın 18-ci turunun dekabrın 19-da keçirilən ilk üç oyunu haqda yazmışdıq. Bu dəfə növbə qalan oyunlarındı. Bəribaşdan xatırladaq ki, turun ən önəmli yekunları “Real”ın yenidən zirvəni ələ keçirməsi və “Atletik”in “Atletiko”nu ilk “4-lük”dən sıxışdırmasıdı.

“Football-plus.az” xəbər verir ki, buu tura qədər lider olan “Jirona” Sevilyada büdrədi. “Betis”lə oyunun ilk yarısı meydan sahiblərinin üstünlüyü şəraitində keçdi. Amma qol məhz onların qapısına vuruldu. Sonradan oyuna qoşulan Ruibalın kobudluğu penaltiyə səbəb oldu və Dovbik zərbəni dəqiq yerinə yetirdi. Məhz ukraynalı 2-ci hissə start götürən kimi fərqi artıra bilərdi, ancaq cərimə meydançası daxilindən “çərçivə”yə düşə bilmədi. Belə görünürdü ki, oyun qonaqların qələbəsi ilə bitəcək. Ancaq son dəqiqələrdə bəxt “Betis”in üzünə güldü. Sağ cinahdan yerinə yetirilən kornerdən sonra cərimə meydançasında səkən top Pesselyanın önünə düşdü, o isə cərimə meydançasının xətti üzərindən sol “9-luğ”u nişan aldı – 1:1.

“Real” “Jirona”nın büdrəməsindən büdrəməsindən dərhal yararlandı. “Alaves” evdə madridlilərə ciddi müqavimət göstərdi. Zədələrdən əziyyət çəkən qonaqlar hissə boyunca cəmi iki təhlükəli vəziyyət yaratdı. Qapıçı Sivera Valverdenin hər iki zərbəsinin öhdəsindən gəldi. Fasilədən sonra Ançelottinin komandasının işi bir qədər də çətinləşdi. 54-cü dəqiqədə Naço aşkar kobudluğa görə meydandan qovuldu. Amma “Alaves” say üstünlüyündən yararlana bilmədi. Əksinə, Rodriqo iki dəfə qonaqları önə keçirməyə yaxın oldu. Baskların sensasiyalı hesabı qoruyacağını düşünənlər 2-ci uzatma dəqiqəsində yanıldı. Kroosun kornerdən asmasından sonra Vaskes topu başla qapıya göndərdi.
“Barselona” da qələbəni böyük çətinliklə qazandı. La Liqanın sonuncusu “Almeriya” çempionla oyunda sensasiyaya yaxın idi. “Barsa” 33-cü dəqiqədə Rafinyanın sayəsində hesabı açdı, ancaq hissənin sonunda Baptistao qonaqları sevindirdi. 60-cı dəqiqədə kataloniyalılar bir daha irəli çıxdı. Bu dəfə kapitan Serxi Roberto fərqləndi. Qoldan dərhal sonra Levandovski 3-cü topu vura bilərdi. Ancaq cari mövsümü imkanlarından hədsiz aşağı səviyyədə keçirən və haqlı tənqid olunan polşalı bunu bacarmadı. Ardından konfuz yaşandı. Yenicə meydana çıxan Romeu meydanın “Barsa”ya aid hissəsində kobud oynadı, Arribas cərimə meydançasına asma etdi, Arauxo ilə Penyanın toqquşmasından yararlanan Qonsales hesabı bərabərləşdirdi. Bu oyunda son sözü Roberto dedi. O, 83-cü dəqiqədə təkbətəkdən yararlandı, uzatma dəqiqələrində isə topu tirə vurdu.

“Atletik” evdə “Las-Palmas”ı çətinliklə məğlub etdi. İlk yarının sonunda qonaqların qapısına penalti təyin olunsa da, bilbaolulardan Quruseta qapıçı ilə dueldən məğlub ayrıldı. 2-ci hissə də hadisələrlə zəngin oldu. Gah bu, gah da digər qapı önündə təhlükəli vəziyyət yaranırdı. Hər şey qolsuz heç-heçəyə gedirdi. Ancaq sonuncu uzatma dəqiqəsində reallaşan əks-hücumu Unay Qomes 13 metrdən dəqiq baş zərbəsi ilə bitirdi və “Atletik” ilk 4 komanda sırasına qayıtdı.
Turun qalan oyunların gəlincə, “Vilyarreal” “Real Sosyedad”la “Real”a məğlubiyyətlərin ardından evdə “Selta”ya qalib gəldi. Artıq 48-ci dəqiqədə “sarı sualtı qayıq” 3:0 öndə indi. Ancaq bundan sonra meydanda inanılmaz hadisələr baş verməyə başladı. Qalisiyalılar cəmi 5 dəqiqə ərzində intriqanı bərpa etdi. Duvikas 52-ci, Strand Larsen 57-ci dəqiqədə fərqləndi. Sona hələ çox qalırdı, üstəlik hakim oyuna 16 (!) dəqiqə artırdı, bununla belə, “Selta” məğlubiyyətdən qaça bilmədi.

“Malyorka” “Osasuna”nı məğlub etməklə baş məşqçi Xavyer Agirrenin istefasını tələb edənləri bir qədər sakitləşdirdi. “Real Sosyedad” isə “Betis”in ardından “Kadis”lə oyundan da qolsuz heç-heçə ilə ayrıldı.

18-ci tur
Alaves – Real 0:1
Vaskes, 90+2. (19275)
Real: Kepa, F.Qarsiya, Rüdiger, Vaskes, Modriç (Çuameni, 55), Kroos, Valverde, Dias (Xoselu, 76), Bellingem, Rodriqo (Sebalyos, 90+6).
Betis – Jirona 1:1
Pesselya, 88 – Dovbik, 39-p. (51394)
Jirona: Qassaniqa, Blind, Lopes (Xuanpe, 34), E.Qarsiya, Qutyerres, A.Qarsiya, Martin, Kouto (Fernandes, 79), Savio (Solis, 79), Torre (Portu, 65), Dovbik (Stuani, 64).
Barselona – Almeriya 3:2
Rafinya, 33. Roberto, 60; 83 – Baptistao, 41. Qonsales, 71. (34471)
Barselona: Penya, Balde, Kristensen (Kunde, 46), Arauxo, Kanselo, Roberto, Gündoğan, Lopes (Romeu, 67), Feliş (Torres, 46), Rafinya (Yamal, 76), Levandovski.
Atletik – Las-Palmas 1:0
U.Qomes, 90+4. (39471)
Atletik: Simon, Berçiçe, Paredes, Vivian, Lekue, Errera (Vesqa, 56), Prados (Yauregizar, 86), N.Uilyams (R.Qarsiya, 86), Sanset (U.Qomes, 66), İ.Uilyams, Quruseta (Berenger, 56).
Vilyarreal – Selta 3:2
Pedrasa, 13. Mandi, 40. Parexo, 48-p. – Duvikas, 52. Strand Larsen, 57. (14687)
Malyorka – Osasuna 3:2
Nastasiç, 12. Rodriges, 53. Railyo, 62 – İbanyes, 7. R.Qarsiya, 90+1. (14192)
Kadis – Real Sosyedad 0:0
(17693)
Turun çərşənbə axşamı keçirilən oyunlarının nəticəsi: Atletiko – Xetafe 3:3 (46401), Rayo Valyekano – Valensiya 0:1 (12290), Qranada – Sevilya 0:3 (16534).
1. Real 18 14 3 1 39-11 45
2. Jirona 18 14 3 1 42-21 45
3. Barselona 18 11 5 2 34-21 38
4. Atletik 18 10 5 3 34-19 35
5. Atletiko 17 11 2 4 35-19 35
6. Real Sosyedad 18 8 7 3 29-18 31
7. Betis 18 6 10 2 20-18 28
8. Xetafe 18 6 8 4 24-23 26
9. Las-Palmas 18 7 4 7 15-15 25
10. Valensiya 18 6 5 7 19-22 23
11. Rayo Valyekano 18 4 8 6 16-24 20
12. Vilyarreal 18 5 4 9 26-35 19
13. Osasuna 18 5 4 9 21-29 19
14. Malyorka 18 3 9 6 17-22 18
15. Alaves 18 4 4 10 14-24 16
16. Sevilya 17 3 7 7 23-24 16
17. Kadis 18 2 9 7 14-24 15
18. Selta 18 2 7 9 18-28 13
19. Qranada 18 1 5 12 20-40 8
20. Almeriya 18 0 5 13 19-42 5
Bombardirlər: Bellingem (Real) - 13, Mayoral (Xetafe) – 12, Qrizmann (Atletiko), Dovbik (Jirona) - 11.

Növbəti turun oyunları yanvarın 2-4-ü aralığında keçiriləcək: Xetafe – Rayo Valyekano, Real Sosyedad – Alaves, Valensiya – Vilyarreal, Qranada – Kadis, Real – Malyorka, Selta – Betis, Jirona – Atletiko, Osasuna – Almeriya, Sevilya – Atletik, Las-Palmas – Barselona.

Turun rəqəmi
173 – Qrizmann “Xetafe” ilə oyunda dubl etməklə “Atletiko”nun bombardirləri siyahısında rekordçu olan Luis Araqonesə çatdı. Onun vahid rekordçu olması isə artıq gələn ilə qaldı.

Turun ulduzu
Borxa Mayoral (Xetafe) – “Real”ın yetirməsi “Atletiko” ilə rəqabətin onun üçün prinsipial məqam olduğunu göstərdi. Dubl edən hücumçu bombardirlər siyahısında mövqeyini möhkəmlətməklə yanaşı, güclü rəqiblə oyunda komandasına 1 xal qazandırdı.

Turun sitatı
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Barsa” ilk yarıda istədiyimiz kimi deyildi. Bizdə intensivlik və sürət çatışmırdı. 30 zərbə vurduq, iki qol buraxdıq. İlk yarı komandam üçün qəbulolunmaz idi. Fasilədə futbolçulara dedim ki, işə yanaşmanı dəyişməliyik, dəyərlərimiz müzakirə olunmur. 2-ci hissədə ruhumuzu göstərdik və önəmli qələbə qazandıq. Düşünürəm ki, son üç oyunun heç birində qələbə qazana bilmədiyimizə görə ilk yarıda bizdə özünəinam çatmadı. Standart vəziyyətlərdən yararlanmaq çox vacibdi, bunun üzərində çox çalışırıq. Müsbət məqamlar var, ancaq yenə mükəmmələşməliyik. Dincəlmək bizim üçün faydalı olacaq. 2024-də qələbələr üçün qayıtmalıyıq”.

Faktlar
* “Barselona” artıq La Liqanın ötən mövsümündəkindən çox qol buraxıb. Kataloniyalılar ilk 18 turda qapısında 21 qol görüb. Onlar çempion olduğu ötən mövsümdə isə cəmi 20 top buraxmışdı. Xatırladaq ki, Ter Ştegen zədələnəndən sonra qapını Penya qoruyur. “Barsa” çempionatın cəmi 7 oyununda qapısını toxunulmaz saxlayıb.
* Serxi Roberto “Barsa” karyerasında ilk dəfə dubl etdi. Kapitan 2010-cu ildə “blauqrana”nın əsas komandasında debüt edib və bu müddətdə 357 oyun keçirib.
* Dovbik La Liqanın cari mövsümündə “qol+ötürmə” sistümi üzrə 15 xal toplayıb. Bombardirlər siyahısında Bellingemlə (13) Mayoraldan geri qalan ukraynalı hücumçu 11 qol vurub, 4 məhsuldar ötürmə verib. Bellinhemin hesabında isə 13 qolla yanaşı, 2 ötürmə var.

Reaksiya
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Komandam böyük güc sərf etdi və hesab edirəm ki, qələbəyə layiqdi. Oyun çox çətin alındı. Azlıqda qalırsansa, çoxları rəqibin qol vuracağını düşünür. Ancaq komandam inanılmaz enerjiyə malikdi. Yaxşı müdafiə olunduq və sonda mükafatlandırıldıq. Vaskesə gəlincə, artıq ikinci oyundu rəqibin cərimə meydançasında çox fəal görünür. “Vilyarreal”la oyunda da məhsuldar ötürmə vermişdi. Qabariti böyük olmasa da, cərimə meydançası daxilində təhlükəlidi”.

LA LİQA 2
21-ci tur: Rasinq – Andorra 2:0, Albasete – Eldense 1:1, Espanyol – Burqos 3:3, Elçe – Mirandes 0:0, Saraqosa – Levante 2:2, Leqanes – Tenerife 1:1, Eybar – Sportinq 1:1, Ueska – Kartaxena 3:0, Vilyarreal B – Ovyedo 1:1, Amorebyeta – Alkorkon 1:2, Valyadolid – Ferrol 0:1.
1. Leqanes 21 11 6 4 31-13 39
2. Ferrol 21 10 7 4 29-23 37
3. Sportinq 21 9 8 4 27-16 35
4. Valyadolid 21 11 2 8 25-23 35
5. Espanyol 21 9 7 5 34-24 34
6. Rasinq 21 9 6 6 36-29 33
7. Eybar 21 9 5 7 34-27 32
8. Levante 21 8 8 5 27-26 32
9. Tenerife 21 9 4 8 21-20 31
10. Ovyedo 21 7 9 5 23-16 30
11. Burqos 21 8 6 7 29-27 30
12. Elçe 21 8 6 7 21-22 30
13. Mirandes 21 7 7 7 29-28 28
14. Saraqosa 21 7 7 7 21-21 28
15. Eldense 21 6 8 7 27-32 26
16. Albasete 21 6 7 8 25-31 25
17. Vilyarreal B 21 6 6 9 23-30 24
18. Andorra 21 6 5 10 19-27 23
19. Ueska 21 5 7 9 16-18 22
20. Alkorkon 21 5 5 11 19-33 20
21. Amorebyeta 21 3 6 12 18-31 15
22. Kartaxena 21 3 6 12 17-34 15
Bombardirlər: Peke (Rasinq), Puado (Espanyol) – 10.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

8-11-2023, 16:0

Madrid nəhəngləri büdrədi, “Jirona” yenə zirvəni ələ keçirdi - TURUN ŞƏRHİ

Dünya futbolu

2-10-2023, 22:0

Kataloniya təmsilçisi zirvədə: ancaq bu dəfə “Barsa” yox, “Jirona”!

Ölkə kuboku / Reportaj

19-12-2023, 20:0

“Sumqayıt” “Karvan”ın işini son 10 dəqiqədə bitirdi - REPORTAJ

Dünya futbolu

4-10-2023, 19:0

“Jirona” nağılı bitdi, “Atletiko” liderlər qrupuna döndü - TURUN ŞƏRHİ

Aktual
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
Son xəbərlər
  • Bu gün, 19:15
    Milandan Turinə yollana bilər
  • Bu gün, 18:54
    Slot harda qərar tutacaq?
  • Bu gün, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Bu gün, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Bu gün, 17:28
    La Liqada hamını qabaqladı
  • Bu gün, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Bu gün, 16:26
    Bundestimdə itki
  • Bu gün, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Bu gün, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Bu gün, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Bu gün, 14:32
    Liverpuldan Londona yollandı
  • Bu gün, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Bu gün, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Bu gün, 13:29
    Florensiyanı tərk etdi
  • Bu gün, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Bu gün, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Bu gün, 12:16
    Vembanyama niyə ağladı?
  • Bu gün, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Bu gün, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Bu gün, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Bu gün, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Bu gün, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Bu gün, 08:31
    Xaçmazda regional turnir başa çatdı
  • Dünən, 23:42
    La Liqada gözlənilən istefa
  • Dünən, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Dünən, 22:56
    Milli komandanın kapitanı oldu
  • Dünən, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Dünən, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Dünən, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Dünən, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Dünən, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Dünən, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Dünən, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
Daha çox
Oxunub: 717
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 249
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 249
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 156
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə