“Səbail”in ilk həmləsi

4.06.2024 12:18 295
Premyer-liqa
“Səbail” 2024/25 mövsümünün transfer çalışmalarına start verib.

“Football-plus.az” xəbər verir ki, komanda heyətini Fərid Nəbiyevlə gücləndirib. Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Son mövsümü “Turan Tovuz”da keçirən 24 yaşlı futbolçu karyerası ərzində “Slavia Praqa” (Çexiya) , “Şevardeni” (Gürcüstan), “Viktoriya Jijkov” (Çexiya), “Kəpəz” klublarında çıxış edib.