Fərid oynadı, komandası isə...

13.03.2022 19:17 648
Ölkə futbolu
Çexiya 2-ci divizionunda 18-ci turun oyunları keçirilib.

"Football-plus.az" saytının məlumatına görə, Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) doğma meydanda Praqa “Sparta”sının ikinci komandası ilə üz-üzə gəlib və 1:2 hesabı ilə məğlub olub.

Azərbaycanlı futbolçu bu görüşün iştirakçısı olub. O, mübarizəyə ilk "11-lik"də başlayıb və 19-cu dəqiqədə əvəzlənib.

​Qeyd edək ki, “Viktoriya” 18 turdan sonra 10 xalla 16 klub arasında sonuncu pillədə qərarlaşıb.