• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şahin Diniyev “Səbail”in büdcəsinin azaldıldığını etiraf etdi - MÜSAHİBƏ

Premyer-liqa

3-06-2024, 23:0

“Səbail” geridə qoyduğumuz mövsümü nisbətən uğursuz nəticələrlə tamamladı.

Mövsümün əvvəlindən bəri “məqsədimiz ilk “6-lıq”da qərarlaşmaqdı” deyən Şahin Diniyev qarşısına qoyulan vəzifənin öhdəsindən gələ bilmədi. Hadisələrin axarı mətbuatda baş məşqçiylə yolların ayrılacağı və klubun büdcəsinin azaldılacağı haqda xəbərlərin tirajlanmasıyla müşayiət olundu. Ardından aparıcı futbolçulardan Aleksandr Ramalinqomun komandadan ayrılacağı deyildi. Adil Nağıyevin də bu sırada olduğu bəllidi. Hətta kapitan ayrılığı sosial şəbəkə hesabından elan edib. Ümumi mənzərəyə nəzər salsaq, mövsümü 42 xalla 7-ci pillədə bitirən komandada xaosun vüsət aldığını iddia etmək mümkündü. İş orasındadı ki, Bayıl təmsilçisi baş məşqçisiylə müqavilənin müddətini daha 1 il uzadaraq bəzi məsələlərə aydınlıq gətirdi. Başqa mövzular haqda ətraflı məlumatı isə məhz Şahin Diniyevlə söhbət əsnasında aldıq.

– Şahin bəy, mövsüm üçün hədəfin öhdəsindən gələ bilmədiyiniz halda, müqavilə müddətinin artırılması çoxunu təəccübləndirdi...
– Əslində 6-cı və 7-ci pillələr arasında fərq yoxdu. Avrokuboklara vəsiqə qazana bilməmisənsə, qalanı təfərrüatdı. Düzdü, ilk “altılıq”da qərarlaşa bilmədik. Amma buna görə vəzifəmdən ayrılacağım gündəmdə deyildi. Belə məsələ, ümumiyyətlə, müzakirə edilmədi. Hələ ki, yeganə yenilik müqaviləmin yenilənməsidi. Komandayla bağlı müəyyən qərarlar verilməlidi. Dəyişikliklərdən sonra hazırlıq prosesinin istiqamətlərini və hədəfləri müəyyənləşdirəcəyik. Bir həftədən sonra bu haqda daha dəqiq danışmaq olar.

– Qabardılan növbəti mövzu klubun büdcəsinin azaldılmasıdı...
– Məncə, gizlədiləcək məsələ deyil. Bəli, azaldılıb. Lakin bunu müzakirə mövzusu etmək istəmirəm. Onu deyə bilərəm ki, büdcəmiz haqda səsləndirilən iddialar həqiqəti əks etdirmir. Biz həmin maliyyə ilə ötən il 9-cu pillədə qərarlaşmışdıqsa, bu dəfə yeddinci olduq. Çalışacağıq ki, büdcənin azaldılması gələcək planlarımıza təsir etməsin. Hər halda, gələcəkdə məhz bu məqamdan bəhanə kimi istifadə etmək doğru olmaz. Öz işimizi görməli, daha yaxşı nəticələr üçün döyüşməliyik.

– Əslində son turlara qədər avrokuboklara iddianızı qoruyurduz. Daha irəli getməyə nə mane oldu?
– Həlledici matçlardan biri 32-ci turda “Sabah”a qarşı keçirdiyimiz oyun idi. Təəssüf ki, məğlub olduq (0:2 – red.). Uduzandan sonra avrokuboklara vəsiqə qazana bilməyəcəyimiz bəlli oldu. Belədə komandada ruh düşkünlüyü yarandı Nəticədə mövsümün son 4 qarşılaşmasından məğlub ayrıldıq. Məncə, uğursuz nəticə deyil. Əlimizdən gələni etdik ki, premyer-liqada fərqlənən komandalardan biri olaq. Heyətin yeni formalaşdırılması, uyğunlaşma üçün müəyyən zamana ehtiyac olması üzündən sabitlik yarada bilmədik.

– Aleksandr Ramalinqom geridə qalan mövsümün ən doğru legioner seçimlərindən biri kimi yadda qaldı. İddialara görə, onu itirmək təhlükəsiylə üz-üzəsiz. Büdcənin azaldığını nəzərə alsaq, onu komandada saxlamaq çətin olmayacaq?
– Futbolçuyla danışıqlar gedir. Hələ ki ayrılıb-ayrılmayacağıyla bağlı yekun qərarını verməyib. Bu, qarşıdakı günlərdə bəlli olacaq. Təkcə onunla yox, bütün oyunçularla müzakirələr aparırıq. Çünki hamısının müqaviləsinin müddəti bitir. Hər birinə vədlərimizi və tələblərimizi çatdırmışıq. Reallıq odu ki, daha çox maaş alanları saxlaya bilməyəcəyik. Belədə hədəfimiz gedənlərin daha yaxşılarıyla əvəzlənməsi olacaq.

– Etiraf etmək istəməsəz də, büdcənin azaldılması üzündən çətinlik çəkəcəyiniz hiss olunur...
– Bilirsiz, necədi? Bəli, büdcə məhduddu. Lakin hər şeyi diqqətli təhlil etməyə məcburuq. Bir futbolçuya daha çox maaş vermək naminə başqalarıyla problem yaşamaq istəmirik. Məsələn, Ramalinqom daha çox qazanca layiqdi. Həmçinin futbolçunun karyerası qısa çəkir. Hamı istəyir ki, harda daha çox pul verirlərsə, ora getsin. Yarana biləcək çətinliklərin öhdəsindən gəlməliyik. Amma bu, aşağı səviyyəli oyunçularla anlaşacağımız mənasına gəlmir. Transfer xətrinə yox, keyfiyyətli futbolçuyla güclənmək üçün addım atacağıq.

– Belədə 2019-cu ildən bəri “dənizçilər”in şərəfini qoruyan Adil Nağıyevin birdən-birə komandadan ayrılması yada düşür. Səbəb maliyyə ilə bağlı idi? Yoxsa hansısa anlaşmazlıq yarandı?
– Adillə müqavilənin müddəti başa çatdı. Mənlə əlaqə saxlayıb başqa klubla anlaşdığını dedi və halallıq istədi. Təbii ki, haqqımı halal edib sağollaşdım. Hamı öz seçimində sərbəstdi. Ona uğurlar arzulayıram.

– Ümumi mənzərə fonunda yeni mövsümə hazırlıq prosesi hansı səviyyədə təşkil olunacaq?
– Bu mövzuyla bağlı rəhbərliklə söhbət etməmişik. Yeni öhdəliklərimiz hələ ki bəlli deyil. Bizi komandanın komplektləşdirilməsi və təlim-məşq toplanışlarının keçirilməsi üçün ciddi proses gözləyir. Bu işləri görəndən sonra rəhbərliklə görüşüb mövsümlük planlar haqda ətraflı danışacağıq.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

28-12-2022, 19:0

Şahin Diniyevlə bağlanan müqavilənin detalları açıqlandı

Premyer-liqa

28-12-2022, 18:0

Şahin Diniyev "Səbail"də - RƏSMİ

Aktual / Ölkə futbolu

10-06-2023, 21:0

Şahin Diniyev onun da üstündən "xətt çəkdi" - AÇIQLAMA

Premyer-liqa

30-12-2022, 13:0

Şahin Diniyev Adil Nağıyevlə bağlı qərarını verdi

Ölkə futbolu

29-05-2024, 17:0

"Səbail" baş məşqçisiylə müqavilə müddətini uzatdı

Ölkə futbolu / Manşet

6-07-2023, 16:0

Rahid Əmirquliyev aydınlıq gətirdi

Aktual
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
Son xəbərlər
  • Bu gün, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Bu gün, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Bu gün, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Bu gün, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
Daha çox
Oxunub: 212
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 193
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 153
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə