"Səbail" baş məşqçisiylə müqavilə müddətini uzatdı

29.05.2024 17:53 188
Ölkə futbolu
"Səbail" baş məşqçisi Şahin Diniyevlə müqavilə müddətini uzadıb.

"Football-plus.az" xəbər verir ki, 57 yaşlı mütəxəssis daha bir il "dənizçilər"ə rəhbərlik edəcək.

Qeyd edək ki, millimizin sabiq baş məşqçisi 2022-ci ildən etibarən "Səbail"də çalışır. Komanda premyer-lqanın son mövsümünü 42 xalla 7-ci pillədə başa vurub.