• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qeyri-sabitlik, fərdi səhvlər və hakim qərarları komandaya təsir etdi” - Adil Nağıyev

Premyer-liqa / Manşet

3-06-2024, 23:0

Müdafiəçi Adil Nağıyevin “Səbail”dən ayrıldığını xəbər vermişdik.

Xatırladaq ki, o, 2019-cu ilin yayından "dənizçilər”in formasını geyirdi. 28 yaşlı mərkəz müdafiəçisi son mövsümdə komandanın heyətində meydana çıxdığı 20 matçda bir məhsuldar ötürməsi ilə yadda qalıb. Bu ayrılıqla bağlı sabiq kapitanla danışdıq.

- Adil, komandadan ayrılmağının səbəbi nədi?

- Qarşılıqlı razılıq əsasında komanda ilə yollarımı ayırmışam. “Səbail”dən ayrılmağım həm mənim, həm də komanda üçün daha yaxşı olar.

- Bundan sonra karyeranı elitada davam etdirəcəksən? Konkret təkliflər varmı?

- Bu haqqda dəqiq nəsə deyə bilmirəm. Realllaşandan sonra açıqlanacaq. Menecerimin danışıq apardığı klublar var. Söhbət dəqiqləşdikdən sonra bilinəcək.

- Ümumiyyətlə, “Səbail” üçün son mövsümü necə qiymətləndirirsən? Doğrudanmı, komandanın real potensialı 7-ci yeri tutmağa imkan verirdi?
- Oyun baxımından 7-ci yerə layiq deyildik. “Səbail” qışdan sonra 2-ci yerdə gedirdi. Sadəcə, komandada sabitlik çatmırdı. Heyət yenidən qurulmuşdu. Başqa-başqa ölkələrdən gələn futbolçular burda ilk növbədə uyğunlaşmalıdı. Son 4, 5 tura qədər avrokuboklarda mübarizə aparmaq iddiasını qoruyurduq. Qeyri-sabitlik, fərdi səhvlər və hakim qərarları komandaya təsir etdi. Bu pillədə qərarlaşmaq komanda üçün uğursuzluq deyil. Çünki “Səbail” son illərdə yalnız sonuncu yerlərdə qərarlaşırdı. Futbolçularımıza bir müddət lazımdı ki, uyğunlaşma bitsin. Komandanın potensialı turnir cədvəlində daha yuxarılarda qərarlaşmaqdı. “Qarabağ” kimi komandanı məğlub etmişdik. Sonuncu oyunlarda diqqətsizliklər və adi səhlər komandaya çox təsir göstərdi.

- Uzun müddət avrokuboklara iddialılar sırasında olduz. Sonra isə qəfil eniş yaşandı. Bu enişin səbəbi nə idi?
- Fiziki cəhətdən rəqiblərimizdən daha üstün idik. Bütün oyunlarda da bunu görmək mümkündü. Sadəcə, ani diqqətsizliklər və hakimin qərarları üst-üstə yığılaraq, xal itirməyimizə səbəb oldu. Belə olan halda, rəqiblərimiz turnir cədvəlində yuxarı qalxmağa başladı, biz isə aşağı sıralara düşdük.

- Bəlkə qış fasiləsində yaxşı toplanış keçmədiz?
- Qış fasiləsinə gedəndə komanda 2-ci pillədə qərarlaşmışdı. Əsas oyunçularımız zədələndi və bu da komandaya təsir göstərdi. Qışdan sonra onların yerinə gələnlər də pis futbolçu deyildi. Sadəcə, onlar üçün uyğunlaşmaq çətin idi. Bizim meydança sintetikdi, gələn legionerlər oynaya bilmirlər. Əsas oyunçularımızın da zədələnməsi komandaya mənfi təsir göstərdi. Bütün bu məqamlar qışdan sonrakı nəticələrə təsir etdi.
Yeri gəlmişkən, Adilin yeni klubu müəyyənləşib. Mərkəz müdafiəçisi karyerasını “Şamaxı”da davam etdirəcək. “Şirlər” tezliklə bu bu transferi ictimaiyyətə açıqlayacaq. Xatırladaq ki, Adil 2022/23 mövsümündə icarə əsasında “Şamaxı”nın formasını geyib.

ƏSƏD SEYİDOV

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

28-05-2024, 19:0

Adil Nağıyev “Səbail”dən ayrıldı

Premyer-liqa

22-06-2022, 11:0

"Səbail" futbolçusu ilə yollarını ayırdı

Aktual / Premyer-liqa

30-05-2022, 21:0

"Səbail" onunla razılıq əldə etdi - ÖZƏL

Aktual / Premyer-liqa

26-05-2023, 16:0

Adil Nağıyev qarışıq hisslər keçirir - AÇIQLAMA

Ölkə futbolu

3-08-2022, 21:0

Adil Nağıyev "Şamaxı"ya icarəyə verildi

Aktual
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
Son xəbərlər
  • Bu gün, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Bu gün, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Bu gün, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Bu gün, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
Daha çox
Oxunub: 212
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 193
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 153
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə