Adil Nağıyev “Səbail” ilə yollarını ayırıb.
“Football-plus.az” xəbər verir ki, dənizçilərin müdafiəçisi instagram hesabında paylaşım ilə bunu dilə gətirib:
“5 il formasını geyindiyim “Səbail”lə yolları ayırmaq qərarına gəldik. Üzərimdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Baş məşqçi, rəhbərlik, komanda yoldaşlarım, hər bir azarkeşə minnətdaram. Hər şey üçün təşəkkürlər. Hər zaman qəlbimdə olacaqsınız. Bir gün görüşmək ümidi ilə”.
Xatırladaq ki, Adil Nağıyev 2019-cu ilin yayından “Səbail”də çıxış edir.