• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” 15-ci dəfə kubokun sahibi oldu -YENİLƏNİB

Manşet / Çempionlar Liqası

2-06-2024, 00:0

Bu gün Çempionlar Liqasında mövsümün şah oyunu keçiriləcək.

“Real” ilə Dortmund “Borussiya”sı Londonun əzəmətli “Uembli” stadionunda 2023/24 mövsümü üçün Avropanın ən güclüsünü müəyyənləşdirəcək. Bu oyunla həm də Avropanın bir nömrəli klub turnirində bir dönəm başa çatmış olacaq. Çünki gələn mövsümdən etibarən turnir yeni formatda keçiriləcək. Komandaların son durumu və final ilə bağlı bütün detallarla tanış olmağın tam zamanıdı.

“Real” finalda uduzmur!
Çempionlar Liqasını hamıdan çox – 14 dəfə qazanan “Real”ın finalda iştirakı heç kimi təəccübləndirmirsə, “Borussiya”nın finala vəsiqə qazanmasını sürpriz saymaq olar. Hər halda, mövsümün əvvəlində bu cür finalı proqnozlaşdırmaq çox çətin idi. Özü də nəzərə alaq ki, Edin Terziçin komandasının bundesliqada işləri qaydasında getmədi. Komanda daxili birincilikdə çempiondan 27 xal geri qalmaqla yalnız 5-ci pillə ilə kifayətlənməli oldu. Bu məqam “arılar”ın Avropanın ən güclü klub turnirinin finalına vəsiqə qazanmasını daha da unikal edir. Amma dortmundluların finala layiq olmadığını heç kim iddia edə bilməz. Komanda əvvəlcə “ölüm qrupu”nu zirvədə tamamladısa, pley-offda da “Atletiko” və PSJ kimi ilk baxışdan özündən daha səviyyəli və üstün görünən rəqibləri “bayıra atdı”. “Real” isə əksinə, daxili birincilikdə, demək olar, ciddi problem yaşamadan növbəti çempionluğu qazandı. Amma Madrid nəhəngi pley-offda heç bir rəqibini asan keçmədi. “Leyptsiq” maneəsi yalnız səfər qələbəsi hesabına aşıldısa, “Mançester Siti” maneəsini yalnız penalti seriyasında aşmaq mümkün oldu. Nəhayət, “Bavariya” ilə yarımfinal duelində “blankos” cavab matçının 87-ci dəqiqəsinə qədər ümumi hesabda geridə idi! Amma komanda ÇL-də artıq bir klassikaya çevrilmiş “remontada” sayəsində son 3 mövsümdə 2-ci, son 11 mövsümdə 6-cı, tarixində isə 18-ci dəfə finala yüksəldi.

“Real”ın ÇL-in finallarındakı məğlubiyyətsiz seriyası ilə bağlı artıq bir kitab yazmaq olar. Madrid nəhəngi bu turnirdə finala yüksəldisə, uduzmur. İllər ötdükcə bu ifadə artıq bir aksioma çevrilir. Çünki komanda son 8 finalın hamısından (!) qələbə ilə ayrılıb. “Real”ı finalda məğlub edən son komanda 1981-ci ildə “Liverpul” olub. Amma həmin dönəmdə turnir Çempionlar Kuboku adlanırdı. Ümumilikdə “blankos” avropanın bir nömrəli turnirində iştirak etdiyi 17 finalın yalnız üçündə uduzub. “Borussiya”nın isə bu turnirlə bağlı tarixi bu dərəcədə zəngin deyil. Komanda tarixində cəmi 3-cü dəfə finala vəsiqə qazanıb. “Borussiya” əvvəlki iki finaldan birində (1997-də “Yuventus”a (3:1) qalib gəlibsə, digərində (2013-də “Bavariya”ya 1:2) məğlub olub. Özü də 11 il əvvəlki final da məhz “Uembli”də keçirilmişdi. Həmin vaxt “arılar”ın heyətində yer alan Mats Hummels ilə Marko Roys indi də heyətdədi. Roys artıq klubun əfsanəsidi və sarı-qara formada son rəsmi oyununa çıxacaq. Digər tərəfdə isə onun həmyerlisi Toni Kroos klub karyerasında son matçına çıxacaq. O, ÇL-də ilk titulunu 2013-dəki finalda “Bavariya”nın heyətində “Uembli”də məhz “Borussiya”ya qarşı qazanıb. Kroos 11 ildən sonra eyni məkanda, eyni rəqibə qarşı sonuncu (6-cı) dəfə ÇL-i qazanmağa çalışacaq.

Autsayder sayılmaq “Borussiya”nın üstünlüyüdü
Təbii ki, ilk baxışdan “Borussiya” aşkar autsayder kimi görünür. Amma qəribə səslənsə də, məhz bu məqam komandanın əsas silahına çevrilə bilər. “Atletiko” və PSJ ilə duellərdə də ilk baxışdan komandanın şansı yüksək qiymətləndirilmirdi. “Borussiya” bu mövsüm sıx müdafiələri yarmaqla bağlı problem yaşadı. Bunu bundesliqa matçlarında mövsümün gedişində dəfələrlə gördük. Amma digər tərəfdən, Terziçin kollektivi hücum etməyi xoşlayan və müdafiəyə qapanmayan rəqiblərlə oyunlarda özünü “suda balıq” kimi hiss edir. Çünki komanda Adeyemi və Sanço kimi süərtli vingerlərin hesabına ildırım sürəti ilə əks-hücumlara çıxaraq rəqib müdafiəsindəki boşluqları dəyərləndirir. “Real” isə finalda, çətin ki, müdafiəyə qapansın. Komanda adəti üzrə topa sahib olmağa və hücum etməyə çalışacaq. Cinahlarda Karvaxalın Adeyemiyə, Mendinin Sançoya qarşı oyunundan çox şey asılı olacaq. “Real” bu mövsüm bundesliqa təmsilçiləri ilə artıq 6 dəfə üz-üzə gəlib (4 qələbə, 2 heç-heçə) və bu oyunların heç biri madridlilər üçün asan keçməyib. 4 qələbənin hamısı 1 top fərqi ilə əldə olunub. Hətta bundesliqanı 15-ci pillədə tamamlayan “Union” da qrupda hər iki oyunda “Real”a problem yaratmağı bacarmışdı. Ona görə də Karlo Ançelottinin komandası üçün finalın ən azı asan gəzinti olmayacağını indidən əminliklə söyləyə bilərik.

“Uembli” ümumilikdə 8-ci dəfə ÇK/ÇL-in finalına ev sahibliyi edəcək. Burda daha öncə 1963, 1968, 1971, 1978, 1992, 2011 və 2013-cü illərdə həlledici görüşlər keçirilib. İşin ən maraqlı tərəfi odu ki, “Uembli” tarixin ən məşhur stadionu, “Real” isə tarixin ən uğurlu klubu olmasına baxmayaraq, onların yolu cəmi bir dəfə kəsişib. Üstəlik həmin oyunda da “Kral klubu” məğlub olub! Söhbət 2017/18-də ÇL-in qrup mərhələsi çərçivəsində “Tottenhem”ə qarşı baş tutan oyundan gedir. Həmin mövsüm London klubu ev oyunlarını məhz “Uembli”də keçirirdi. O mövsüm “Real” sonda ÇL-i qazanmasına baxmayaraq, bu arenada “Tottenhem”ə 1:3 hesabıyla uduzmuşdu. Maraqlıdı ki, həmin qrupda “Borussiya” da yer alırdı və dortmundlular da “Uembli”də “Tottenhem”ə eyni hesabla boyun əymişdilər. Onu da bildirək ki, Dortmund klubu avrokuboklarda yubiley – 300-cü oyununu keçirəcək.

“Qol şousu” gözləyək?
Komandalar indiyə qədər 14 dəfə üz-üzə gəlib və bu qarşılaşmaların hamısı ÇL çərçivəsində baş tutub. Bu 14 oyundan 12-si 2012-18-ci illər aralığına təsadüf edib. 2012/13-də, yəni Joze Mourinyonun son mövsümündə “Borussiya” “Real”a qənim kəsildi. “Arılar” əvvəlcə qrupdakı hər iki oyunda güclü rəqibə uduzmadılar (evdə 2:1, səfərdə 2:2) və yarımfinalda “Real” səddini aşmağı bacardılar (evdə 4:1, səfərdə 0:2). Xüsusilə yarımfinalın ilk oyununda Levandovskinin pokeri ÇL-in unudulmazları arasına düşmüşdü. Düzdü, növbəti mövsümün 1/4 finalında “Kral klubu” qisasını alaraq (evdə 3:0, səfərdə 0:2) sonda turnirin qalibi oldu. 2016/17-də qrup mərhələsi çərçivəsində həm Dortmunddakı, həm də Madriddəki oyun 2:2-lik bərabərliklə yekunlaşmışdı. Komandaların son dueli 2017/18-ə təsadüf edib. Həmin vaxt da “Real”la “Borussiya”nın yolu qrupda kəsişmişdi. Həm evdə (1:3), həm də səfərdə (2:3) uduzan “arılar” qrupda cəmi 2 xal toplaya bilmişdilər. Şəxsi oyunlarda qələbə sayında “Real” öndədi (6:3). Bu komandalar arasındakı oyunlarda diqqəti cəlb edən əsas məqam məhsuldarlıqdı. 14 matçda qapılara ümumilikdə 43 top vurulub ki, bu da orta hesabla hər oyuna 3,07 qol demıkdi. Son 4 qarşılaşmada isə qapılara 17 qol vurulub. Amma digər tərəfdən, yüksək məhsuldarlıq son illərin finallarındakı tendensiyanı pozacaq. Belə ki, son 4 finalın hər birində qapılara cəmi 1 qol vurulub. Amma turnirin tarixində daha öncə 1:0-la bağlı bundan da uzun seriya olub. Məsələn, 1978-83-cü illərdəki ardıcıl 6 finalda tərəflərdən birinin minimal hesablı qələbəsi qeydə alınıb.

“Real” artıq 4 aydı uduzmur. Komanda bu müddətdə keçirdiyi 25 rəsmi oyundan 16 qələbə, 9 heç-heçə ilə ayrılıb. Son məğlubiyyət yanvarın 18-də ölkə kuboku çərçivəsində “Atletiko” ilə səfər oyununda qeydı alınıb (2:4). Ümumiyyətlə, “Real” bu mövsüm rəsmi matçlarda cəmi iki dəfə uduzub və hər iki uğursuzluq da “Vanda Metropolitano”da qeydə alınıb. Başqa sözlə desək, “Real” bu mövsüm Madriddən kənarda keçirdiyi oyunların heç birində məğlub oilmayıb! “Borussiya”nın belə seriyası olmasa da, əvəzində komanda ÇL-də bu mövsüm hamıdan çox (12 oyundan 6-da) qapısını toxunulmaz saxlaması ilə öyünə bilər.

Final
1 iyun
Borussiya D – Real
- 0:2
Dani Karvaxal, 74. Vinisus Juniyor, 83.
Cəzalı: yoxdu
Hakim: Slavko Vinçiç (Sloveniya)

Maraqlıdı...
Dünyanın aparıcı bukmeker kontorlarında 90 dəqiqə ərzində “Real”ın qələbəsinə 1,62, “Borussiya”nın qələbəsinə 5,30 əmsal verilib. Bu da o deməkdi ki, ÇL-in finalları tarixində “Borussiya” ən zəif komandadı. Əvvəlki antirekordu ötən ilin finalında “İnter” müəyyənləşdirmişdi. Ötən mövsümdəki finalda italyanların qələbəsinə 4,60 əmsal verilmişdi. Onu da bildirək ki, “Misli”də madridlilərə 1,57, dortmundlulara 4,77 əmsal verilir.

Hakim kimdi?
Mövsümün ən vacib oyununu Slavko Vinçiç idarə edəcək. Sloveniyalı hakim digər namizədləri – niderlandlı Danni Makkelini, polşalı Şimon Marçinyakı və ingiltərəli Entoni Teyloru qabaqladı. Beynəlxalq oyunlara 2010-cu ildən təyinat almağa başlayan, AÇ-2020 və DÇ-2022-nin matçlarını idarə edən 44 yaşlı ədalət təmsilçisi karyerasında 2-ci dəfə avrokubokun finalında fit sahibi olacaq. 2021-də “Ayntraxt”la “Reyncers” arasındakı Avropa Liqasının finalını da bu hakim idarə etmişdi. Maraqlıdı ki, belə təcrübəli referi indiyə qədər heç vaxt “Real”ın oyunlarına təyinat almayıb. “Borussiya” isə 1/4 finalda “Atletiko”ya qarşı cavab oyununda məhz bu hakimlə uğurlu nəticə (4:2) əldə etmişdi.

Yeri gəlmişkən...
Final ərəfəsində müxtəlif ölkələrin futbolçularına aid maraqlı durum yaranıb. Məsələn, “Real”da Bellingemin, “Borussiya”da Sançonun oynadığını nəzərə alsaq, 2001-ci ildən bu yana ilk dəfə ingiltərəli futbolçu əcnəbi klubun heyətində ÇL qazanacaq. 23 il öncə bunu “Bavariya”nın heyətində Ouen Harqrivs bacarıb. Bundan başqa, son 18 ildə mütləq ÇL-in qalibinin heyətində ən azı 1 braziliyalı futbolçu yer alıb. Heyətində braziliyalı olmadan ÇL-i qazanan son kollektiv 2005-də “Liverpul” olub. Budəfəki finalçılardan “Real”ın heyətində 3 braziliyalı (Vinisius, Rodriqo, Militao) varsa, “Borussiya”da belə futbolçu yoxdu. Və nəhayət, tarixdə ilk dəfə Türkiyə yığmasında oynamış türkiyəli futbolçu ÇL-in qalibi olacaq. Çünki “Real”ın heyətində Arda Gülər, “Borussiya”nın heyətində Salih Özcan yer alır. İndiyə qədər 4 türkiyəli futbolçu ÇL-in finalında işitrak edib və onların hamısı uduzub. Söhbət Yıldıray Baştürk (“Bayer-04”, 2002), Həmit Altıntop (“Bavariya”, 2010), Nuri Şahin (“Borussiya” D, 2013) və Hakan Çalhanoğludan (“İnter”, 2023) gedir.

Reaksiyalar
Edin Terziç, Dortmund “Borussiya”sının baş məşqçisi:

“Borussiya” 1997-də Münhendə ÇL-i qazananda 14 yaşım var idi. Oyunu evdə izləmişdim. O vaxt bəri bir neçə dəfə həmin qarşılaşmanın təkrar izləmişəm. Bütün “Borussiya” fanatları kimi, mənim üçün o oyunun xüsusi önəmi var. Klubun tarixi üçün daha bir vacib qələbə qazanmaq istəyirik. Bu mövsüm qrup mərhələsinə yaxşı başlamasaq da, 3-cü turdan etibarən başa düşdük ki, nəyəsə nail ola bilərik. O vaxtdan etibarən ÇL-də oyunumuz yüksələn qrafiklə inkişaf etməyə başladı. Pley-offdan öncə qarşımıza, sadəcə, mümkün qədər irəliləmək məqsədi qoymuşduq. İndi isə artıq bizi qələbədən cəmi bir oyun ayırır. Məsələn, final 10 oyunluq mübarizədən ibarət olsaydı, işimiz qat-qat çətin olardı. Amma konkret 90 və ya 120 dəqiqəlik bir oyunda dünyanın istənilən klubunu yenməyə qadirik. “Real”ın ÇL-in finalı ilə bağlı seriyasına son qoymağa çalışacağıq. Həyatımın yarısından çoxunu məşqçiliyə həsr etsəm də, bu sahədə yeni olduğumu düşünürəm. Çünki əsas komandalarda təcrübəm elə də çox deyil. Hər gün üzərimdə işləməyə, yeni şeylər öyrənməyə, futbolçularımı daha yaxından tanımağa çalışıram. Klub futbolunda ÇL-dən böyük titul yoxdu. “Borussiya”nın bu titulu tarixi ərzində cəmi bir dəfə qazanması da ÇL-in necə bir turnir olduğunu göstərir. Ona görə də qələbə həm komanda, həm də fanatlar üçün çox böyük əhəmiyyət daşıyacaq. Pozitivliyimizi, motivasiyanı qorusaq, birlikdə hərəkət etməyi bacarsaq və həlledici məqamda cəsarət nümayiş etdirsək, adımızı tarixə yazdıra bilərik”.

Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Bu mövsüm kollektiv şəkildə əla işlər gördük. Konsentrasiya və motivasiyanı daim yüksəkdə saxlamağı bacardıq. İlk aylarda bəzi çətinliklər yaşasaq da, ümumilikdə mövsüm əla keçdi. Lazımi məqamda birləşməyi bacardığımız və peşəkarlığımızı qoruduğumuz üçün bütün problemlərin öhdəsindən gəldik. “Borussiya” əvvəlki mərhələlərdə göstərdi ki, finalda oynamağa layiqdi. “Atletiko” və PSJ kimi güclü rəqibləri mübarizədən kənarlaşdırdılar. Xüsusilə də onların PSJ-yə qarşı matçlarda belə səviyyədə müdafiə olunması məni yaxşı mənada təəccübləndirdi. Fürsəti əldən vermək olmaz. İlin ən vacib oyununa çıxacağıq. Bu turnirdə həm müsbət, həm də mənfi məqamda unudulmaz anlar yaşamışam. 1984-də futbolçu kimi, 2005-də baş məşqçi kimi “Liverpul”a qarşı məğlubiyyətlər qalbimdə acı bir iz buraxıb. Amma müsbət məqamlar daha çoxdu. Futbol ehtirası məni irəli getməyə vadar edən əsas amildi. Məşqçi yaşından və təcrübəsindən asılı olmayaraq, həmişə üzərində işləməli, yeni şeylər öyənməlidi. Həmkarları ilə ideyalarla bölüşməlidi. Mən indi, məsələn, 20 il əvvəlki metodlarımla çalışsaydım, hamı mənə axmaq kimi baxardı. Hər şey dəyişdiyi üçün metodlar və məşqlər də dəyişməlidi. Müasir dönəmlə ayaqlaşmağı bacarmalısan”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-05-2022, 23:0

"Avropanın bütün klubları "Real"dan qorxur, "Real" isə..."

Dünya futbolu

10-05-2024, 10:0

Arda finalda oynamasa, ÇL-in qalibi sayılmayacaq!

Dünya futbolu

5-05-2024, 20:0

“Ayntraxt” ÇL-ə vəsiqə qazanmaq üçün uduzmalıdı!

Dünya futbolu / Çempionlar Liqası

9-05-2024, 14:0

Çempionlar Liqasında namizədlər müəyyənləşdi

Dünya futbolu

29-09-2022, 17:0

“Borussiya” oyunçusuna qiymət qoydu

Dünya futbolu

23-03-2024, 22:0

''Borussiya'' türkiyəli futbolçularla vidalaşacaq

Aktual
“Traktor” daha “şumlaya bilmir”?
“Çelsi” “Tottenhem”i belə məğlub etdi! – Qurban Qurbanova məsləhət əvəzi
Erkin İbrahimov gətirdi, Azər Bağırov göndərdi - növbə kimindi?
“Qarabağ” üçün həyəcan siqnalı - bu mövqedə boşluq var!
Mahirin Almaniyada yaşıl meydan həsrəti bu gün başa çatacaq? - rəsmi açıqlama gəldi!
"İnşallah, bu çətin sınaqdan üzüağ çıxacağıq" - "Araz-Naxçıvan" 1/16 finalın biraddımlığında
Son xəbərlər
  • Bu gün, 13:10
    “Traktor” daha “şumlaya bilmir”?
  • Bu gün, 12:43
    “Çelsi” “Tottenhem”i belə məğlub etdi! – Qurban Qurbanova məsləhət əvəzi
  • Bu gün, 11:41
    Erkin İbrahimov gətirdi, Azər Bağırov göndərdi - növbə kimindi?
  • Bu gün, 11:17
    “Qarabağ” üçün həyəcan siqnalı - bu mövqedə boşluq var!
  • Bu gün, 10:15
    Mahirin Almaniyada yaşıl meydan həsrəti bu gün başa çatacaq? - rəsmi açıqlama gəldi!
  • Bu gün, 09:54
    "Turan Tovuz" "Şamaxı"ya, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR
  • Bu gün, 09:51
    "Çelsi" Bakıya qələbə ilə gəlir
  • Bu gün, 09:38
    Bircə sən çatmırdın, Juninyo! - Qurban Qurbanov “pas atmış dəmiri” cilalayacaq?
  • Dünən, 23:56
    "Qarabağ”da heç bir boşluq yoxdu” - Samir Abasov
  • Dünən, 23:35
    Mahir Emrelidən ölən dayısı oğlu ilə bağlı paylaşım
  • Dünən, 22:56
    "Rəqibin qapıçısı inanılmaz qurtarışlar etdi" - Rəşad Sadıqov
  • Dünən, 22:53
    Konqo millisinin üzvü "Sumqayıt"da - RƏSMİ
  • Dünən, 22:19
    “Dinimizdə üç hakimdən ikisi cəhənnəmlikdi” - Azər Bağırov
  • Dünən, 22:08
    Cüdoçumuzdan növbəti qızıl medal
  • Dünən, 20:44
    "Araz-Naxçıvan" 1/16 final mərhələsində! - ÇL
  • Dünən, 20:39
    Rafa Silva ilə Sərgən Yalçın arasındakı gərginliyin əsil səbəbi bəlli oldu
  • Dünən, 18:32
    “Şaxtyor”la “Dinamo” yenə turnir cədvəlinin önündə - İCMAL
  • Dünən, 18:29
    “Real” “Barselona”dan bir qədər də uzaqlaşdı - İCMAL
  • Dünən, 17:15
    "İnşallah, bu çətin sınaqdan üzüağ çıxacağıq" - "Araz-Naxçıvan" 1/16 finalın biraddımlığında
  • Dünən, 16:37
    "Neftçi" - "Kəpəz": Abubakar start heyətində!
  • Dünən, 15:50
    Spalletti debüt oyununda Kənan Yıldızdan faydalana bilməyəcək
  • Dünən, 15:20
    İkardinin meneceri ''Qalatasaray'' rəhbərliyinə şərt qoydu! - ''Dekabra qədər gözləyəcəyik''
  • Dünən, 14:56
    PSJ-ni tərk etmək istəyir
  • Dünən, 14:27
    Millimizin oyunlarının təqvimi
  • Dünən, 13:45
    Azərbaycan idmançılarının yeni reytinq sıralaması
  • Dünən, 13:42
    Azarkeş oyundan əvvəl öldü
  • Dünən, 13:20
    Futzal hakimləri və inspektorlar üçün seminar
  • Dünən, 13:10
    "Karvan-Yevlax" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 11:55
    Qurban Qurbanovun “ürəyini partladan” nədi? - "Qarabağ" virusa yoluxub!
  • Dünən, 11:34
    Nəhəng stadion satılacaq
  • Dünən, 11:13
    Şöhrət Zalına layiq bilindi
  • Dünən, 10:52
    “Araz Naxçıvan” 1/8 finala vəsiqə qazana biləcəkmi? - ÇL
  • Dünən, 10:31
    “Liverpul”dan daha bir antirekord
  • Dünən, 10:00
    “Arsenal” yeni rekord müəyyənləşdirdi
  • Dünən, 01:31
    Mahiri göydən yerə çırpan səbəb... – onun karyerasını uçuruma aparan şəxsi tanıyın!
Daha çox
Oxunub: 308
Mahir Emreli 1-ci bundesliqa klubu ilə anlaşıb! – axı niyə...
Oxunub: 188
Mahir üçün böyük şans – “gözünün düşməni” sıradan çıxdı!
Oxunub: 149
Oşa yollanacaq Ülvidən Bakıya mesaj: “Əlvida, Azərbaycan yığması!”
Oxunub: 137
Qurban Qurbanov 365 gündə nəyi dəyişib?
Oxunub: 137
Qurban Qurbanovun “ürəyini partladan” nədi? - "Qarabağ" virusa yoluxub!
Oxunub: 134
Region Liqasının oyununa 4700 azarkeş gəldi! – yenə həmin "Xəzər Lənkəran", həmin rənglər...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə