• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Elmar Baxşıyev: “Burda olduğum müddətdə söz sahibi mənəm” - MÜSAHİBƏ

Premyer-liqa / Manşet

31-05-2024, 21:0

“Araz-Naxçıvan” Misli premyer-liqasının son turunda “Qarabağ”la oyunda heç-heçə etməklə mövsümü 8-ci pillədə bitirdi.

Muxtar Respublika təmsilçisinin mövsümün ikinci yarısını uğurlu keçirmədiyini bilirik. Axı komanda 18-ci turdan sonra cəmi iki qələbə qazana bilib. Təbii ki, bu, Azər Bağırovla Elmar Baxşıyevin ortaq “əl işi”di. Lakin elitada mövsümün sona çatdığını nəzərə alsaq, bir çox cəhətdən keçmişi sorğulamaq yersizdi. Əsas məsələ “qırmızı-ağlar”ın növbəti “futbol ili” üçün planlarının hansı yöndə olmasıdı. Dünən səhər saatlarında məhz bu mövzuda götür-qoy edirdim ki, klub rəsmi saytı bir neçə məqama aydınlıq gətirən xəbər yaydı. Aydın oldu ki, “Araz-Naxçıvan” daha bir il Elmar Baxşıyevin rəhbərliyi altında meydana çıxacaq. Düzü, komanda təcrübəli mütəxəssisin dövründə 7 oyunda 5 məğlubiyyət, 1 heç-heçə, 1 qələbəyə imza atdığından bu ehtimalı yüksək dəyərləndirmirdim. Belə düşünməyimin səbəblərindən biri də “qırmızı-ağlar”ın 7 matçdan beşində qol vura bilməməsiydi. Bunu kollektivin “Qəbələ”nin sabiq futbolçuları Urfan Abbasov, Ülvi İsgəndərov və “Neftçi”nin yetirməsi Ömər Buludov ilə bir il müddətinə müqavilə imzaladıqları haqda xəbərlər müşayiət etdi. Hər halda, klub rəhbərliyi ilə baş məşqçinin hansı şərt və tələblər əsasında anlaşdığını bilmədiyimdən məsələylə bağlı tək baş sındırmağın mənasız olduğunu anladım. Belədə Elmar bəylə əlaqə saxlamaq, hədəflər və planlar haqda söhbətləşmək lazım gəldi.

– Növbəti mövsüm də “Araz-Naxçıvan”ı siz çalışdıracaqsız. Əvvəlki müqaviləniz “2 ay+1 il” müddətini əhatə edirdi. Hansı səbəblər qərarınızı qətiləşdirdi?

– Rəhbərlik əvvəldən uzunmüddətli müqavilə imzalamaq niyyətindəydi. Lakin mən tələsmək istəmədim. Bildirdim ki, öncə komandanı tanımaq, ümumi durumdan agah olmaq lazımdı. Geridə qalan iki ay ərzində müəyyən məsələləri təhlil etdim. Rəhbərliklə görüş zamanı vacib nüansları müzakirə etdik və yekunda razılığa gəldik.

– Qarşıdan gələn “futbol ili” üçün sizdən hansı nəticə tələb olunur?

– Birincisi, yeni komanda formalaşdırmalıyıq. İndidən pafosla danışmaq, “çempion olacağıq” demək düzgün deyil. İlk növbədə rəqabətədavamlı komanda yaratmalıyıq. Qısası, kollektiv komplektləşəndən sonra hansısa hədəfdən, ideyadan danışa bilərik. Hələ ki bu suala dəqiq cavab verə bilmərəm.

– Heyətdə gözlənilən dəyişikliklərlə bağlı konkret fikirlər varmı? Hansısa dəyişiklik gözlənilir?
– Bilindiyi kimi, artıq üç futbolçuyla anlaşmışıq. Hazırda həm yerli, həm də xarici bazarda axtarışlarımız davam edir. Daha da güclənmək istəyirik. Burda olduğum müddətdə söz sahibi mənəm. Rəhbərlik bu barədə əlindən gələnin ən yaxşısını etməyə çalışır ki, istədiyim kollektivi araya-ərsəyə gətirək. Ciddi dəyişiklik etməyi planlaşdırmırıq. Sadəcə, bəzi mövqelər var ki, daha da güclənməlidi. Bu yöndə müzakirələr gedir. Artıq ötənilki futbolçuların bəziləriylə müqavilə bağlanılıb. Bir neçəsinə də təkliflərimizi çatdırmışıq. Onlardan cavab gözləyirik. Oyunçu məsələylə bağlı son qərarını söylədikdən sonra işimizi daha düzgün qura biləcəyik. Bizə sistemə uyğun oyunçular lazımdı. Belə olsa, məmnuniyyətlə həmin futbolçuyla danışıqlara başlayacağıq. Ümumiyyətlə, yola bəyəndiklərimlə davam edəcəyik.

– “Araz-Naxçıvan” stadionla bağlı məlum problemə görə ev oyunlarını Bakıda keçirir. Həmçinin “qırmızı-ağlar” geridə qalan mövsümün ən az azarkeş toplayan (orta hesabla hər ev oyununu 577 azarkeş izləyib – red.) komandası oldu. Bu məqam sizi nə dərəcədə narahat edir?
– Bəli, bölgə təmsilçisiyik. Naxçıvanda oynasaq, təbii ki, həm azarkeş dəstəyi artar, həm də daha yaxşı nəticələr qazana bilərik. Bu, sözsüz, bizə faydalı olacaq. Rəhbərliklə ilk söhbətdə mənə deyilib ki, gələcəkdə ev oyunlarımızı Naxçıvanda keçirəcəyik.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

17-04-2024, 12:0

“Araz-Naxçıvan” Bakıda qaldığı müddətdə məğlubiyyətlər ard-arda gələcək”

Ölkə futbolu

29-05-2024, 10:0

"Araz-Naxçıvan"dan Elmar Baxşıyevlə bağlı qərar

Premyer-liqa / Manşet

29-05-2024, 22:0

“Bugünkü “Araz-Naxçıvan”ın Naxçıvana heç bir aidiyyatı yoxdu” - Tahir Tahiroviç

Ölkə futbolu

24-02-2024, 12:0

Elmar Baxşıyev istefa verdi

Ölkə futbolu / Manşet

9-12-2023, 17:0

Elmar Baxşıyev istefanın astanasında

Premyer-liqa

18-03-2023, 18:0

Elmar Baxşıyevin premyer-liqada baş məşqçi kimi 100-cü oyunu

Aktual
"Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
“Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
“Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
Son xəbərlər
  • Dünən, 23:59
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • Dünən, 23:30
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
  • Dünən, 23:00
    İsmayıl Kartalın birinci köməkçisi bəlli oldu - Tadiç də gəlir?
  • Dünən, 22:30
    Türkiyənin heyətində xoş sözlərə layiq görülən yeganə futbolçu...
  • Dünən, 22:25
    "Yenə əsas mərhələdə iştirak etmək istəyirik" - Qurban Qurbanov
  • Dünən, 22:10
    "Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
  • Dünən, 22:00
    Premyer-liqanın təqvimi açıqlandı
  • Dünən, 21:00
    "Qarabağ" "Zirə"ni məğlub etdi
  • Dünən, 20:30
    "Neftçi" Elvinlə yeni müqavilə imzaladı
  • Dünən, 20:02
    İtaliya klubunu tərk etdi
  • Dünən, 19:31
    Acun Ilıcalı ''Beşiktaş''ın qapıçısına təklif göndərdi
  • Dünən, 19:00
    "Zirə" legioner qapıçı transfer etdi
  • Dünən, 18:32
    Parisi tərk edəcək
  • Dünən, 18:01
    “Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
  • Dünən, 17:32
    Dünya çempionu yaşıl meydana qayıdır
  • Dünən, 17:01
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 16:30
    “Neftçi” braziliyalı futbolçu ilə gücləndi
  • Dünən, 16:02
    "Qarabağ"ın daha bir rəqibi açıqlandı
  • Dünən, 15:50
    Şara “Bullet" Maqomedov: “Xəzərin piratı” Bakıdadı
  • Dünən, 15:13
    O da viza ala bilmədi - DÇ-nin problemi
  • Dünən, 14:44
    ''Alınmayanda alınmır'' - Montella fiaskodan sona nələr dedi?
  • Dünən, 14:25
    “Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır” - Fiziyev Bakıya qayıtdı
  • Dünən, 13:55
    “Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
  • Dünən, 13:24
    Azarkeşləri atəşə tutdular - DÇ-nin qorxusu
  • Dünən, 12:51
    "Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
  • Dünən, 12:20
    Ulduz futbolçu nə vaxta qədər gözləyəcək?
  • Dünən, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Dünən, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Dünən, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Dünən, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Dünən, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Dünən, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Dünən, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Dünən, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Dünən, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 247
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə