• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bugünkü “Araz-Naxçıvan”ın Naxçıvana heç bir aidiyyatı yoxdu” - Tahir Tahiroviç

Premyer-liqa / Manşet

29-05-2024, 22:0

Cari mövsümdə gözləntiləri doğrultmayan komandalardan biri də “Araz-Naxçıvan” oldu.

Klub premyer-liqada mövsümə yetərincə uğurlu başlamışdı. Hətta mövsümün əvvəlində iddialılar sırasında da qərarlaşmışdılar. Amma mövsümün ikinci yarısında Muxtar Respublika təmsilçisində gözlənilməz durğunluq və geriləmə oldu. Bunun nəticəsində də 4-cü dövrədə klub rəhbərliyi baş məşqçi Azər Bağırovla yolları ayırmağa qərar verdi. Daha sonra həmin posta “Qəbələ”dəki uğursuzluğa görə istefa verən Elmar Baxşıyev gətirildi. Amma nə fayda?! Baxşıyev nə qədər təcrübəli mütəxəssis olsa da, qısa müddət ərzində komandadan yüksək nəticə almaq çətindi. Beləcə sabit olmayan nəticələrlə komanda mövsümü 8-ci pillədə başa vurdu. Son nəticələrlə bağlı klubun sabiq mətbuat katibi Tahir Tahiroviçlə danışdıq. Eyni zamanda, ondan komandanın həm Bağırov, həm də Baxşıyev ilə dönəmini dəyərləndirməsini istədik:

“Prinsip etibariylə “Araz-Naxçıvan”dan heç kim çempionluq, gümüş və ya bürünc medal gözləmirdi. Ancaq doğrusu, mən “bürünc”ə ümidliydim. Çünki Azər Bağırov da komandanı pis yığmamışdı. Qısa müddətdə də baxımlı oyun sərgilədi. Sovet vaxtında da belə bir tendensiya var idi. Adətən, 1-ci liqadan gələn komanda ilk 10 oyunda çox həvəsli oynayırdı. Yəqin ki, bu da komandanın ilk matçlarda daha istəkli olmasından irəli gəlir. Düşünürəm ki, Azər Bağırova çox yox, cüzi bir şərait yaratsaydılar, komanda 8-ci yox, ən azı 4-5-ci yerləri tutacaqdı. Elmar Baxşıyevə gəlincə, 4 oyunla onu qiymətləndirməyə ehtiyac yoxdu. Hesab edirəm ki, o, komandanın bu dövründə heç nə edə bilməzdi. Tutaq ki, 4 oyunun ikisində qələbə qazanıb, 1 heç-heçə etsəydi və 1 dəfə məğlub olsaydı, nə olacaqdı? Yuxarıda qərarlaşan komandaların sürəti “Araz-Naxçıvan”la müqayisədə daha yüksək idi. Yəni medallar uğrunda sürəti nəzərdə tuturam. Komandanın gələcək durumuna toxunsaq, “Araz-Naxçıvan” Naxçıvana qayıtmasa, bundan sonra da eyni vəziyyətdə olacaq. Ümumiyyətlə, bugünkü “Araz-Naxçıvan”ın Naxçıvana heç bir aidiyyatı yoxdu. Çox məyus oluram ki, 500 minlik Muxtar Respublika 10 min yerlik tutumu olan stadionu təmir edə bilmir. İndi desələr ki, prosedur var, satınalma var və ya İqtisadiyyat Nazirliyi təsdiq etməlidi, bunlarının futbolçuya, tamaşaçıya heç bir dəxli yoxdu. Naxçıvan stadionu təmir olunmalıdı və “Araz-Naxçıvan” da ora köçməlidi. Hətta inanıram ki, klubun Naxçıvana köçməsini istəməyən adamlar çoxdu. Ancaq təəssüf ki, bu, “Araz-Naxçıvan”ın adına ziyandı. Yenə də Mərdəkan, yenə də Bakı Olimpiya Stadionu və belə gəlib, belə də gedəcək”.


KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

6-04-2024, 19:0

Azər Bağırov istefa verdi

Ölkə futbolu

29-05-2024, 10:0

"Araz-Naxçıvan"dan Elmar Baxşıyevlə bağlı qərar

Ölkə futbolu

8-04-2024, 15:0

“Araz-Naxçıvan”ın baş məşqçisi rəsmən açıqlandı

Ölkə futbolu / Manşet

17-04-2024, 12:0

“Araz-Naxçıvan” Bakıda qaldığı müddətdə məğlubiyyətlər ard-arda gələcək”

1-ci liqa

17-06-2022, 23:0

“Araz-Naxçıvan”nın qarşısına qoyduğu məqsəd böyükdü" - Azər Bağırov

Ölkə futbolu / Premyer-liqa

11-05-2024, 20:0

Elmar Baxşıyev: “Dəyişiləsi çox şey var”

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 138
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 106
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə