“Lester”də baş məşqçi problemi yoluna qoyulub.
"Football-plus.az" xəbər verir ki, Brendan Rocersin istefaya göndərilməsindən sonra boş qalmış vəzifəyə Din Smit təyin edilib.
Onunla müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb. Yenilənən məşqçilər heyətində Kreyq Şekspir və “Çelsi”nin sabiq müdafiəçisi Con Terri də çalışacaq. Qeyd edək ki, “Lester” İngiltərə premyer-liqasında 30 turdan sonra 25 xalla 19-cu yeri tutur.