Qvardiola MS-dən nə vaxt ayrılacaq?

31.05.2024 18:35 145
Dünya futbolu
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Vinsent Kompanini "şəhərlilərin" gələcək məşqçisi adlandırıb.

“Football-plus.az” xəbər verir ki, İnsayder Fabrisio Romano “X” sosial şəbəkəsində ispaniyalı mütəxəssisə istinadla belə xəbər yayıb. Onun paylaşımında deyilir:
"Vinsent Kompani"Mançester Siti"nin gələcək məşqçisi olacaq, sözlərimi yadda saxlayın. Bəli, mütləq olacaq. Bu baş verəndə mənə zəng edəcəksən".


Daha əvvəl Kompaninin "Bavariya"nın baş məşqçisi vəzifəsinə təyin olunmağa yaxın olduğu bildirilib. Hazırda belçikalı "Bernli"yə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda İngiltərə premyer-liqasında 19-cu yeri tutmaqla çempionşipə düşdü. Bu arada məşhur “Daily Mail” nəşri Qvardiolanın 2025-ci ildə MS-dən ayrılacağı haqda xəbər yayıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul