Müdafiəçi aldığı zədəyə görə Türkiyədə əməliyyat olundu. Görəsən, Muradın hazırkı sağlıq durumu nə yerdədi? Artıq vətənə qayıdıbmı? Bu suallarla futbolçunun özünə müraciət etdik. Onun "Football-plus.az"a söylədikləri:
"Şükür ki əməliyyatım yaxşı keçdi. Hər şey yolundadı, salamatçılıqdı. Artıq qayıtmışam, Bakıdayam. Bərpa müddəti 4 ay çəkəcək. Ondan sonra hər şey yaxşı olsa, oynamağa başlayacam. Yəqin ki, karyeramı "Qəbələ"də davam etdirəcəm. Gələn mövsüm üçün premyer-liqaya qayıtmağı planlaşdırırıq".
GÜNAY SÜLEYMANOVA





