“Sumqayıt”ın kapitanı Vüqar Mustafayevin əməliyyat olunduğunu xəbər vermişdik.
Sağlıq durumu ilə bağlı məlumat almaq üçün futbolçunun özünü danışdırdıq:
“İlin sonuna bir ay qalmış ağrılarım artdı. MRT müayinəsindən keçəndən sonra həkimin qərarı o oldu ki, əməliyyat olunmalısan, yəni diz nahiyəmin daxili təmizlənməliydi. Onda da elə vaxt idi ki, komandada zədəlilər çox idi. Ona görə də ağrıkəsiciylə oyunlara davam etdim. 2023-cü ildəki sonuncu oyunu keçirəndən sonra “Baku City Hospital”da əməliyyat olundum. İndi hər şey yaxşıdı. Həkim bərpa prosesinin iki aya yaxın çəkəcəyini dedi. Amma hər şey müalicənin axarından asılıdı. İnşallah, yaxşı olar”.
MİRKAMAL KAZIMZADƏ