HİK - "Qarabağ" oyununa neçə bilet satılıb?

16.08.2023 14:54 325
Avropa Liqası
Finlandiyada HİK və "Qarabağ" arasında keçiriləcək Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

"Football-plus.az" Helsinki təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma üçün 5500 bilet alınıb.

Görüş başlayana qədər biletlərin tükənəcəyi gözlənilir.

Qeyd edək ki, avqustun 17-də "Bolt Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 20.00-da start götürəcək. Arena 10770 azarkeş tutumuna malikdi. İlk görüşdə Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qələbə qazanıb.