Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
"Football-plus.az" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə "Fənərbaxça"nın da rəqibi bəlli olub.
Türkiyə təmsilçisi bu mərhələdə “Union”la (Belçika) üz-üzə gələcək. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) isə PAOK-la (Yunanıstan) qarşılaşacaq.
Qeyd edək ki, 1/8 finalın ilk matçları martın 7-də, cavab görüşləri isə martın 14-də keçiriləcək.
Konfrans Liqası
1/8 final mərhələsi
Servett (İsveçrə) - Viktoriya (Çexiya)
Ayaks (Niderland) - Aston Villa (İngiltərə)
Molde (Norveç) - Brügge (Belçika)
Union (Belçika) - Fənərbaxça (Türkiyə)
Dinamo (Zaqreb, Xorvatiya) - PAOK (Yunanıstan)
Şturm (Avstriya) - Lill (Fransa)
Makkabi (Hayfa, İsrail) - Fiorentina (İtaliya)
Olimpiakos (Yunanıstan) - Makkabi (Təl-Əviv, İsrail)