İddialara görə, premyer-liqa təmsilçisi qolkiperi heyətinə qatmaq məqsədi ilə Ağdam təmsilçisiylə danışıqlara başlayıb. Bəs həqiqət nədən ibarətdi?
"Football-plus.az"ın məlumatına görə, "sport-weekend.com" saytı məsələyə aydınlıq gətirmək üçün "Zenit"in sabiq idman direktoru Boris Rapoportla əlaqə saxlayıb. Onun söylədikləri:
"Zenit"in əsas məqsədi başqa qapıçı, xüsusilə Andrey Lunyovu transfer etmək deyil. Düzü, bu, məntiqlə uzlaşmır. Çünki Azərbaycan klubunun qapıçısı həm ölkə çempionatında, həm də Avropada uğurlu çıxış edərək qiymətini xeyli artırıb. Deməli, Lunyovu "Qarabağ"dan almaq üçün çox pul lazımdı. Həm də, bilirsiz, nə var? Lunyov çoxdan "Zenit"dən ayrılıb. İnanmıram ki, klub bundan sonra ona yenidən müraciət etsin".
KƏNAN BAHADIR




