"Zenit"in sabiq üzvü dünyasını dəyişdi

27.12.2022 11:37 298
Dünya futbolu
"Zenit"in sabiq hücumçusu Sergey Dmitriyev 58 yaşında vəfat edib.

Football-plus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mərhum futbolçu "Zenit"in heyətində SSRİ çempionatının qızıl medalını və kubokunu qazanıb. O, 1988-ci il Avropa çempionatının gümüş mükafatçısı idi.