“Zenit” rəhbərliyi Sergey Semak ilə müqaviləni yeniləyəcək.
Baş məşqçi ilə əməkdaşlığın müddətinin gələn həftə artırılması gözlənilir. Bu haqda məlumatı Rusiya klubunun baş direktoru Aleksandr Medvedev verib. O, çalışdırıcı ilə 3 illik müqavilə imzalanacığı bildirib.
46 yaşlı Semak “Zenit”ə 2018-ci ilin mayında təyinat alıb. Komanda onun rəhbərliyi altında ardıcıl 4 dəfə ölkə çempionu olub.