• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Həmin məğlubiyyətdən sonra ruh düşkünlüyü oldu” - Məmmədov qırılma nöqtəsi saydığı oyunu xatırladı

Premyer-liqa / Manşet

24-05-2024, 23:0

"Qəbələ"nin kapitanı Asif Məmmədova Misli premyer-liqasının 35-ci turunda "Araz-Naxçıvan"la oyundan öncə 250 nömrəli forma təqdim olunub.

38 yaşlı yarımmüdafiəçinin 250-ci oyunu bir tur əvvəl "Sabah"la matça (2:0) təsadüf edib. Asif “Qəbələ” formasında keçirdiyi 250 oyunda 17 qol vurub. O, premyer-liqada 195 matçda 13, ölkə kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında 1 dəfə fərqlənib. Məmmədov “Qəbələ”nin tarixinə 250 və daha çox oyun keçirən ikinci futbolçudu. Urfan Abbasovun hesabında 303 matç var. Bu əlamətdar hadisə ilə bağlı Asifin fikirlərini öyrəndik:

"Komanda olaraq, çətin dönəmlərdən keçirik. Buna baxmayaraq, mənim üçün belə hədiyyə çox xoş oldu. Bir klubda 250 oyun keçirmək, məncə, böyük işdi. Sevinirəm ki, "Qəbələ" kimi komandada belə uğura imza atmışam. Elitanı tərk edəcəyimiz dəqiqləşəndən sonra 3 turun hər birində qələbə qazanmışıq. Öncədən də yaxşı oyun göstərirdik. Lakin bunu tamamlayıb, qələbə qazana bilmirdik. Komanda elitadan düşəndən sonra rahatlaşdıq sanki. Öncədən üzərimizdə daha çox yük və məsuliyyət var idi. Amma düşünürəm ki, həmin dönəmlərdə vəziyyətdən çıxmaq üçün bizə bir qələbə lazım idi. İstər "Neftçi", istərsə də "Səbail" ilə oyunda buna çox yaxın idik. Məncə, qırılma nöqtəsi "Səbail"ə 2:0 qalib gəldiyimiz halda 2:3 məğlub olmağımız oldu. O oyunda qazansaydıq, "Kəpəz"ə daha da yaxınlaşırdıq. Biləcəkdik ki, 5 xal fərqimiz var. Sonraki oyunlara məsuliyyətli yanaşacaqdıq. Həmin məğlubiyyətdən sonra ruh düşkünlüyü oldu. Amma əsas odu ki, komanda dağılmayıb. Hər kəs öz yerindədi. Birinci liqaya düşmək bizim üçün faciə deyil. Böyük klublarda da belə hal yaşanır. Əlimizdən gələni edəcəyik ki, növbəti mövsümdən etibarən yenidən əsas liqaya qayıdaq. Sonuncu turda "Sumqayıt"la vacib matçımız var. Onlar üçün Avropaya getmək baxımından əhəmiyyətli oyundu. Lakin biz də futbolçu olaraq, əlimizi yanımıza salıb çıxan deyilik. Meydana qələbə üçün çıxacağıq. Samir Abasov sonuncu mətbuat konfransında hər şeyin "Qəbələ"dən aslı olduğunu demişdi. Məncə, hər şey bizdən çox onlardan asılıdı. Kim güclüdüsə, o da qalib gələr. "Qəbələ" həmişə olduğu kimi, öz oyununu oynayacaq. Nə qədər ciddi hazırlaşsalar, o qədər yaxşı olacaq. İnşallah, mayın 25-də hər şey aydın olacaq".


GÜNAY SÜLEYMANOVA

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

12-05-2024, 22:0

“Qəbələ”də 250-ci oyun

Premyer-liqa

15-12-2022, 12:0

Urfan Abbasov üçün əlamətdar oyun

Ölkə futbolu / Premyer-liqa

4-04-2022, 23:0

Rövlan Muradov üçün əlamətdar oyun

Premyer-liqa

6-05-2022, 10:0

Kapitan üçün əlamətdar matç

Premyer-liqa

30-11-2022, 20:0

Alimidən yubiley

Aktual
“O arenada premyer-liqa oyunlarının keçirilməsi məqsədəuyğun sayılmır” – PFL qəti qərarını verdi
Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
Zlomisliç Şehiçlə Beqoviçin ənənəsini davam etdirə biləcəkmi? - Qurban Qurbanov yenə bosniyalı seçdi
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
“Səbail”, “Şahdağ Qusar” və “Xankəndi” daha fəaldı -1-ci liqada “yatanlar” da var, gözləyənlər də
Vicdansız Kristiansen! – Roderik Milleri son oyuna da buraxmadı
Son xəbərlər
  • Bu gün, 01:54
    "Səbail" sabiq futbolçusunu qaytardı - RƏSMİ
  • Bu gün, 01:24
    Sadiq Məmmədov "gümüş" qazandı - AÇ
  • Bu gün, 00:58
    Topu özü ilə apardı
  • Bu gün, 00:27
    "Neftçi"dən rekord: 7837 məhsul satıldı!
  • Bu gün, 00:02
    “Real”ı tərk etdi
  • Dünən, 23:32
    Sentyabrın 1-də 2-ci, 3-də 1-ci liqada yeni mövsüm başlayacaq
  • Dünən, 23:15
    "Zirə" Türkiyə klubuna məğlub oldu
  • Dünən, 22:59
    Holann Norveçi 1/8 finala çıxardı - DÇ gecəsi
  • Dünən, 22:52
    “O arenada premyer-liqa oyunlarının keçirilməsi məqsədəuyğun sayılmır” – PFL qəti qərarını verdi
  • Dünən, 22:10
    Futbolçu suda boğuldu
  • Dünən, 21:43
    “Sürəti o qədər yaxşıdı ki, əyləc tutmasa, tribunaya qədər gedəcək” – “Qarabağ”ın yeni futbolçusuna bax!
  • Dünən, 21:04
    Son 72 ildə bunu bacaran olmamışdı
  • Dünən, 20:15
    DÇ matçının ən yaxşı oyunçusu oldu
  • Dünən, 19:32
    Fransa yığması başsız qaldı
  • Dünən, 18:54
    Madriddən Londona üz tutacaq
  • Dünən, 18:23
    Üç aylıq işsizliyə son qoydu
  • Dünən, 17:57
    Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
  • Dünən, 17:48
    Noqeyra "Sabah"dan getdi
  • Dünən, 17:13
    Baş məşqçi kimi ilk təyinatını aldı
  • Dünən, 16:36
    İspaniya klubunda yeni təyinat
  • Dünən, 16:04
    Millilərdə məşqçi dəyişiklikləri oldu
  • Dünən, 15:40
    "Qəbələ" konqolu futbolçu transfer etdi
  • Dünən, 15:10
    Portuqaliyalı futbolçulardan təqdirəlayiq addım
  • Dünən, 14:49
    Kanada, Braziliya, Paraqvay, Mərakeş... – bu gün Norveçlə Fransanın da taleyi bilinəcək - DÇ günü
  • Dünən, 14:44
    Kaşkilyanın da Allahı var!
  • Dünən, 14:29
    Şirvanın iki futbol klubu birləşdi
  • Dünən, 14:09
    Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
  • Dünən, 13:56
    68 ildən sonra ən məhsuldar çıxış
  • Dünən, 13:28
    Afrika rekordu yeniləndi
  • Dünən, 12:46
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 12:15
    "Zirə" Türkiyə klubuna qarşı
  • Dünən, 12:00
    Dünya çempionatında yeni rekord
  • Dünən, 11:32
    Vüsal İsgəndərli Kosova klubunda
  • Dünən, 11:09
    UFC Fight Night Bakıda: 72 ölkə, 11 min azarkeş və tarixi gecə
  • Dünən, 11:03
    Zlomisliç Şehiçlə Beqoviçin ənənəsini davam etdirə biləcəkmi? - Qurban Qurbanov yenə bosniyalı seçdi
Daha çox
Oxunub: 449
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 316
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 243
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Oxunub: 233
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Oxunub: 199
Varqas nağılı başa çatır! – belə şey olar?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə