Rövlan Muradov üçün əlamətdar oyun

4.04.2022 23:30 663
Ölkə futbolu / Premyer-liqa
Rövlan Muradov “Qəbələ”də 70-ci oyununu keçirib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçinin yubileyi premyer-liqanın 21-ci turuna təsadüf edib. “Keşlə” ilə ev oyunu (1:1) əyalət təmsilçisinin yetirməsi üçün əsas komandada 70-ci matç olub. Onun "qırmızı-qaralar"dakı debütü isə 2018/19 mövsümündə gerçəkləşib. Muradov mövsümün son turunda – mayın 11-də səfərdə keçirilən “Sumqayıt”la görüşdə (0:1) meydana çıxıb.

Futbolçu indiyədək keçirdiyi 70 matçda 9 qola imza atıb. O, premyer-liqada 61 (8 qol), kubokda 8 (1 qol), Avropa Liqasında 1 matçda iştirak edib.

Xatırladaq ki, Rövlan “Qəbələ”də 70 və ya daha çox matç keçirən 24-cü futbolçudu.