• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Böyük beşliy”in beş sensasiyası - Bu klublar gələn mövsüm ÇL-də oynayacaq

Çempionlar Liqası

24-05-2024, 21:0

Bilindiyi kimi, növbəti mövsümdən etibarən Çempionlar Liqası artıq yeni formatda keçiriləcək.

“Football-plus.az” xəbər verir ki, komandaların sayı 32-dən 36-ya yüksəldiləcək. Yeni formatdakı turnirin ilk mövsümündə bir sıra maraqlı iştirakçılar var. Belə ki, “böyük beşliy”in hər birində ÇL-də görməyə alışmadığımız komandalar bu turnirdə oynamaq haqqı qazanıb. Söhbət “Aston Villa”, “Jirona”, “Bolonya”, “Ştutqart” və “Brest”dən gedir. Düzdü, Kataloniya klubu ilə bağlı problem var... Bu yazıda mövsümün əsas sensasiyaları haqda danışacağıq.

Aston Villa
Birmingemlilər 1983-cü ildən bəri ilk dəfə Avropanın ən mötəbər klub turnirində çıxış edəcək. “Aston Villa” 1980/81-də İngiltərə çempionu olmuş, növbəti mövsüm isə finalda “Bavariya”nı məğlub edərək Çempionlar Kubokunu qazanmışdı! Ona görə də bu klub bu turnirdə daha bir il oynamaq hüququ əldə etmişdi. Baxmayaraq ki, ÇK-nı qazandığı mövsümdə “Villa” daxili çempionatı 11-ci pillədə tamamlamışdı. Bu mövsüm isə Unay Emerinin komandası premyer-liqada sürpriz şəkildə 4-cü yeri tutaraq “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi” kimi nəhəngləri qabaqladı. Düz 6 il öncə də “Villa” 4-cü pilləni tutmuşdu. Amma premyer-liqada yox, çempionşipdə. Premyer-liqada komanda sonuncu dəfə ilk “4-lüy”ə 1996-cı ildə düşmüşdü. Şübhəsiz, bu uğurun baş memarı Emeridi. Təcrübəli mütəxəssis hələ də dünya futbolunda sayılıb-seçilən çalışdırıcılardan olduğunu sübut edir. Bəzilərinin fikrincə, “Aston Villa” ilə premyer-liqada 4-cü olmaq “Sevilya” ilə AL-i 3 dəfə, “Vilyarreal”la isə AL-i 1 dəfə qazanmaqdan daha çətindi. 52 yaşlı Emeri komandanı 2022-nin oktyabrında 17-ci pillədə qəbul etmişdi. Nəticədə “Aston Villa” onunla ilk mövsümü 7-ci, 2-ci mövsümü isə 4-cü pillədə bitirdi. Yüksəliş göz önündədi. Yeri gəlmişkən, Emeri Xosep Qvardiola (Mançester Siti), Mikel Arteta (Arsenal) və Andoni İraola (Bornmut) ilə birlikdə mövsümün ən yaxşı məşqçisi nominasiyasına namizədlər sırasına düşmüşdü. Bu nominasiyada Qvardiola qalib oldu. “Aston Villa” topa nəzarət etməyi xoşlamır və bu göstəricidə premyer-liqada yalnız 7-ci oldu. Komanda sürətli hücumlarla rəqib müdafiəsindəki boşluqdan faydalanmağa və əsas qol silahı Uotkinsin qol duyumuna ümid bəsləyir. Bu forvard 19 qolla bombardirlər yarışında 4-cü pilləni tutsa da, assistentlər yarışında 13 ötürmə ilə zirvədə qərarlaşdı. Uotkinsdən başqa Con Makqinn, Duqlas Luis, Leon Beyli və Argentinanın dünya çempionluğunda böyük rol oynamış qapıçı Emiliano Martines də komandanın aparıcı üzvlərindəndi.

Jirona
Kataloniya klubu həftəsonu keçiriləcək turun nəticələrindən asılı olmayaraq, La Liqada mövsümü 3-cü pillədə bitirəcək. Bu isə o deməkdi ki, “Jirona” tarixində ilk dəfə ÇL-də iştirak etməlidi. Halbuki buna qədər komanda ÇL bir yana, ümumiyyətlə, avrokuboklarda iştirak etməyib! Daha bir heyrət doğuran fakt odu ki, 2019-da qazanılan Kataloniya superkubokunu nəzərə almasaq, 93 illik tarixə malik klubun muzeyində heç bir titul yoxdu. Buna qədər komandanın La Liqada ən yaxşı göstəricisi 10-cu pillə idi (2017/18, 2022/2023). Başqa sözlə desək, Miçel bu kollektivlə əsil möcüzə yaratdı. Təsadüfi deyil ki, o da Emeri kimi mövsümün ən yaxşı məşqçisi mükafatına namizədlər arasındadı. Miçelin rəqibləri Karlo Ançelotti (Real), Ernesto Valverde (Atletik), Dieqo Simeone (Atletiko) və Marselino Qarsiya Toraldı (Vilyarreal). Miçel 2021-ci ildə komandanı sequndada (!) qəbul etmişdi. Yəni ona bir komandanı sequndadan ÇL-ə qədər yüksəltmək üçün 3 il kifayət etdi. Özü də “Jirona” ÇL-ə vəsiqəni hələ sona 4 tur qalmış rəsmiləşdirmişdi. Bu, həqiqətən də nağıllara bənzəyir. Düzdü, komanda mövsümün hər iki oyununda “Real” qarşısında pərən-pərən düşdü (evdə 0:3, səfərdə 0:4). Amma əvəzində “Jirona” bölgəsinin nəhəngi sayılan “Barselona”ya mövsümün hər iki oyununda 4 qol vurdu! “Jirona” cəsur və aqressiv futbol sərgiləyir. Təsadüfi deyil ki, kataloniyalılar qol sayına görə yalnız “Real”dan geri qalırlar. Komandanın ən məhsuldar oyunçusu olan Artyom Dovbik 21 qolla bombardirlər yarışında ikinci pillədə qərarlaşıb. Ukraynalı hücumçunun yayda Avropa nəhənglərindən birinə yollanmaq ehtimalı yüksəkdi. Dovbikdən başqa da heyətdə Savio, Aleş Qarsiya, Viktor Sıqankov, Yan Kouto kimi parlaq oyunçular var. Amma “Jirona”nın əməyi hədər gedə bilər. Həm “Jirona”, həm də “Mançester Siti”nin sahibi eyni – “Sity Futbol Qrup” şirkəti olduğundan kataloniyalılar ÇL-ə buraxılmaya bilər. UEFA-nın “Jirona”nı bu turnirə buraxması üçün şirkət iki klubdan birində səhmlərini 30 faizə qədər azaltmalıdı. Böyük ehtimalla bu klub məhz “Jirona” olacaq. Əks halda Miçelin kollektivi yalnız Avropa Liqası ilə kifayətlənməli olacaq.

Bolonya
İtaliyanı gələn mövsüm ÇL-də 5 komanda təmsil edəcək. “Bolonya”nın onların arasında olacağı artıq dəqiqdi. Son turun nəticələrindən asılı olaraq komanda mövsümü ən yaxşı halda 3-cü, ən pis halda 5-ci pillədə bitirəcək. “Bolonya” Avropanın bir nömrəli klub turnirində sonuncu dəfə 60 il öncə - 1964-də çıxış edib. Həmin vaxt A seriyasının qalibi qismində ÇK-ya qoşulan “göy-qırmzılar” ilk mərhələdəcə “Anderlext”ə boyun əymişdi. Özü də püşk üzündən. Həmin vaxt bu komandalar 3 oyun keçirməli olmuşdular. Amma kimin güclü olduğuna aydınlıq gətirmək mümkün olmamışdı. Çünki neytral meydandakı 3-cü qarşılaşma qolsuz başa çatdı. Püşk isə belçikalıların üzünə güldü. “Bolonya” tarixinin sonuncu – 7-ci çempionluğunu 1963/64-də qazanıb. XXI əsrdə komanda heç vaxt 7-ci pillədən yuxarı qalxmamışdı. “Bolonya” həmişə avrokuboklara vəsiqə uğrunda yox, elitada qalmaq uğrunda oynayan komanda kimi tanınırdı. Amma Tyaqo Mottanın və futbolçuların gördüyü inanılmaz iş sayəsində bu klub ÇL-də oynayacaq. Həmkarları Mottanı tez-tez tərifləyir. Məsələn, Ançelotti bu yaxınlarda yeni nəsil məşqçilər arasında ən çox Xabi Alonso ilə Mottanı bəyəndiyini demişdi. İtaliya yığmasının çalışdırıcısı Luçano Spalletti isə A seriyasında ən çox bəyəndiyi kollektiv haqda suala velə cavab vermişdi: “Bu mövsümkü “Bolonya”nı çox bəyənirəm. Onlar mənə mənim dönəmimdəki “Napoli”ni xatırladır”. Düzdü, “Bolonya” çox az qol (30) buraxır və bu göstəricidə yalnız lider “İnter”dən geri qalır. Amma onların qapının önünə “avtobus” qoyduğunu söyləmək olmaz. Komanda balanslaşdırılmış futbol sərgiləyir. Ən məhsuldar oyunçusu 11 qol vuran Coşua Zirkzeedi. 22 yaşlı nidserlandlı forvard mövsümü Depay və Veqhorstdan qat-qat yaxşı keçirsə də, Ronald Kuman nədənsə onu AÇ-yə aparmağı lazım bilmədi. Böyük ehtimalla Zirkzee yeni mövsümə daha adlı-sanlı klubda başlayacaq. Son turda “Yuventus”a iki qol vuran müdafiəçi Rikkardo Kalafyori, şotlandiyalı oyun qurucusu Lüis Ferqyuson, forvard Rikkardo Orsolini də diqqəti çəkən digər futbolçulardı. Qeyri-adi nəsə baş verməsə, Motta özü də yeni mövsümə başqa klubda (böyük ehtimalla “Yuventus”da) başlayacaq.

Turin nəhəngi 41 yaşlı mütəxəssisə illik 3,5 milyon avroluq təklif irəli sürüb. Belə təklifi geri çevirmək çox çətindi. Ona görə də “Bolonya”nın yeni mövsümdə də bu səviyyəni qoruyacağı çox böyük şübhə doğurur.

Ştutqart
Bundesliqada 2023/24 həmişə “Bayer-04”ün fenomenal performansı və məğlubiyyətsiz çempionluğu ilə xatırlanacaq. Amma Leverkuzen klubu bu cür “hoqqa verməsəydi”, hamı “Ştutqart”dan danışacaqdı. Əslində şvabiyalıların mövsümü 2-ci pillədə başa vuracağını proqnozlaşdırmaq “Bayer-04”ün çempionluğunu proqnozlaşdırmaqdan da çətin idi. Təkcə bir faktı vurğulayaq ki, bu kollektiv bundesliqada ötən mövsümü 16-cı, 2021/22-ni isə 15-ci pillədə tamamlamışdı. Elitaya isə komanda 2020-də qayıtmışdı. Avrokuboklarda “Ştutqart” sonuncu dəfə 10 il öncə, konkret ÇL-də 2009/10-da iştirak edib. Özü də həmin vaxt komanda 1/8 finalda turnirin son qalibi “Barselona”ya boyun əymişdi. Buna qədər məşqçi karyerasında heç bir uğuru olmayan Sebastyan Höness bu komandanı ötən ilin aprelində sonuncu (!) pillədə qəbul etdi. Bundan əvvəlki klublarda haqqında bəhs etdiyimiz məşqçilər kimi, Höness də kiçik bir möcüzə reallaşdırdı. O, əvvəlcə “Ştutqart”ı elitada saxlamağı bacardısa, 2-ci mövsümdə hətta “Bavariya”nı da qabaqladı. Daha öncə müstəqil məşqçi kimi yalnız “Hoffenhaym”da çalışan 42 yaşlı Sebastyan Höness “Bavariya”nın fəxri prezidenti və Almaniya futbolunun əfsanəsu Uli Hönessin qardaşı oğludu. Sebsatyanın atası Diter də Almaniya futbolunda yetərincə populyar simalardandı. Əslində Lotar Matteus başda olmaqla bir çoxları Sebastyan Hönessin “Bavariya” üçün “yetişdiyini” iddia etmişdi. Amma bu mütəxəssis martda “Ştutqart”la müqaviləsinin müddətini yenilədi. Maraqlıdı ki, “Ştutqart” cari mövsümü bundesliqada həm ən çox qol vuranlar, həm də ən az qol buraxanlar arasında ilk “3-lük”də tamamladı. Bu da komandanın yaxşı balanslaşdırıldığını göstərir. Sözsüz, “Ştutqart”ın əsas silahı Kristian Fürix, Dəniz Undav və Seru Girassinin simasında yaranmış mükəmməl hücum “üçlüy”üdü. Bu 3 futbolçu komandanın cari mövsümdə bundesliqada vurduğu 77 qoldan 72-də (!) yaxından iştirak etdi. Girassi keçirdiyi 28 oyuna 28 qol vurdu. Bu nəticə ilə o, turnirin tarixində geridə qalan 61 mövsümdən 43-də bombardir olardı. Amma əsrarəngiz Keyn cari mövsümü 36 qolla tamamlamaqla ona mane oldu. Girassini transfer etmək üçün indidən bəzi Avropa nəhəngləri sıraya düzülüb. Onu, çox güman, gələn mövsüm komandada görməyəcəyik. Qapıçı Aleksandr Nübel, eləcə də müdafiəçilər - Valdemar Anton ilə Maksimilian Mittelştadt da şvabiyalıların aparıcı üzvlərindən sayılır. Təsadüf deyil ki, bu futbolçuların hamısı qarşıdan gələn AÇ-də Almaniyanın heyətində yer alacaq. “Ştutqart”dan bundestimə 5 futbolçu yollanacaq. Bu, klub tarixi üçün rekord göstəricidi.

Brest
Bu mövsüm ÇL-ə vəsiqə qazanmış unikal klublar silsiləsini “Brest”lə başa çatdırırıq. 121 illik tarixə malik olan bu klub indiyə qədər nəinki ÇL-də, ümumiyyətlə, avrokuboklarda çıxış etməyib! Bu baxımdan Erik Ruanın komandasının Liqa-1-də mövsümü 3-cü pillədə başa vurması çox unikal göstəricidi. Bu klub indiyə qədər heç bir tutul qazanmayıb. Bu mövsümə qədər Liqa-1-də ən yaxşı göstəricisi isə 1987-ci ildə əldə edilən 8-ci pillə olmuşdu. Hətta indi də “Brest” Fransanın yüksək dəstəsində ən az büdcəyə malik klublardan biridi. Söhbət 48 milyon avrodan gedir. Bu məbləğ, məsələn, təkcə Kilian Mbappenin PSJ-dəki illik qazancından da azdı. Əslində “Brest”in oyununda qeyri-adi heç nə yoxdu. Yaxşı təşkilatlanmış bu kollektivdə sona qədər mübarizə aparmağı sevən və fürsətləri qola çevriməyi bacaran futbolçular toplaşıb. Onlar cinahlardan gözəl faydalanırlar və cərimə meydançasına asmalardan çox istifadə edirlər. Təsadüfi deyil ki, “Brest” bu göstəricidə Liqa-1-də hər kəsi üstələdi. Öz qapısına vurulan zərbələrə mane olmaq baxımından isə brestlilər yalnız “Lill”dən geri qaldı. Mövsümün yekunlarına əsasən Rua Liqa-1-in ən yaxşı məşqçisi seçildi! Özü o, bu nominasiyada Paulo Fonseka (Lill), Luis Enrike (PSJ), Luka Elsner (Havr) və Frank Eza (Lans) kimi mütəxəssisləri qabaqladı. Ruanın buna qədər yalnız bir dəfə - 2011-ci ildə qısa müddət “Nitsa”da işlədiyini nəzərə alsaq, onun “Brest” kiimi iddiasız bir klubla əldə etdiyi nəticələr heyrət doğurmaya bilməz. O, bu yaxınlarda verdiyi müsahibələrin birində bunları qeyd etmişdi:

“Nitsa”dan sonra bu qədər uzun müddət işsiz qalacağımı gözləmirdim. Bir daha məşqçilik etmək fürsəti əlimə düşməsəydi, həyatımın sonuna qədər peşmanlıq hissi ilə yaşayacaqdım. Çünki bu işi çox sevirəm”.

Romen del Kastilyonu komandanın lideri saymaq olar. 28 yaşlı fransalı oyun qurucusu mövsümü 8 qol, 8 məhsuldar ötürmə ilə tamamladı. Bundan başqa, Pyer Lis-Melu, Brendan Şardonne və Lilian Brassye de oyunu ilə diqqəti çəkməyi bacardı. 24 yaşlı müdafiəçi Brassye “Milan”la “Monako”nun diqqət mərkəzindədi.

ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-03-2023, 22:0

"Aston Villa"nın yeni transfer hədəfi

Dünya futbolu

26-07-2023, 12:0

“Əl-Nəssr”i yox, “Aston Villa”nı seçdi

Dünya futbolu

30-08-2022, 17:0

Cerrard istefaya göndərilir?

Dünya futbolu

31-08-2023, 23:0

“Barselona”dan “Aston Villa”ya keçir

Dünya futbolu

6-11-2022, 21:0

"Aston Villa" uğursuz seriyanı bitirdi

Aktual
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Son xəbərlər
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etdiyimiz qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Dünən, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Dünən, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Dünən, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Dünən, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Dünən, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Dünən, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Dünən, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Dünən, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Dünən, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Dünən, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Dünən, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Dünən, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Dünən, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Dünən, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • 27-07-2026, 23:0
    Leverkuzenə qayıtmayacaq
  • 27-07-2026, 22:0
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • 27-07-2026, 22:0
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • 27-07-2026, 21:0
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • 27-07-2026, 21:0
    İngiltərə futbolunda böyük itki
  • 27-07-2026, 20:0
    "İmişli" anqolalı oyunçu transfer etdi
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 108
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 104
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə