Kadi “Qarabağ”a görə 500 min avrodan keçməyə razıdı

24.05.2024 14:12 6 547
Ölkə futbolu / Manşet
Kadi Borgesin “Qarabağ”a geridönüş xəbərləri səngimək bilmir.

"Football-plus.az” Rusiya mətbuatına istinadla xəbər verir ki, braziliyalı vinger formasını geydiyi “Krasnodar”dan ayrılıb “Qarabağ”a keçmək üçün hazırdı.

Buna əsas səbəb kimi oyunçunun Avropada mübarizə aparan bir klubda çıxış etmək istəyi göstərilir. 27 yaşlı futbolçu Azərbaycana dönmək üçün hətta maaşının müəyyən hissəsini də güzəştə getməyə razıdı. Belə ki, hazırda Rusiya təmsilçisinin heyətində mövsüm ərzində 1,7 milyon avro qazanan Kadi “Qarabağ”a dönəcəyi təqdirdə bunun 500 min avrosunu güzəştə gedə bilər. Xatırladaq ki, cari mövsümdə “öküzlər”in heyətində 26 oyuna çıxan Kadi 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

KAMAL SƏFƏR