Olduqca sönük keçən “Kəpəz” – “Zirə” gəncəli azarkeşlər baş hakim Rəvan Həmzəzadənin ünvanına bəzi təhqiramiz ifadələr işlətdi.
Əsasən də “Xəmsə” fanklubundan yüksələn təhqiramiz sözlərin səbəbini öyrənməyə çalışdıq. Bu üzdən “Xəmsə”nin rəhbəri Aqşin Əsgərovla danışdıq:
“Tovuz Gəncəyə yaxın olduğuna görə, Gəncədən, yəni “Xəmsə” fanklubundan kənar, fərdi şəkildə, şəxsi avtomobilləriylə gələn adam çox idi. Oyun zamanı isə “Xəmsə” fanklubu olaraq, heç bir təhqiramiz ifadə işlətməmişik. Fərdi baxımdan kiminsə emosiyasını bildirməsinə cavabdeh deyilik. O ki qaldı hakimin hansı qərarına əsəbiləşməyimizə, futbol emosional oyundu. “Kəpəz”in azarkeşləri haqda danışırıqsa, hakimin verdiyi hər səhv qərar, təbii ki, narazılıqla qarşılanmalıdı. Verdiyi qərarları da hər kəs gördü. Artıq bu birinci dəfə deyil. Yəni Rəvan Həmzəzadənin “Kəpəz”in digər oyunlarını da necə idarə etdiyini görmüşük. Ona görə də təəccüblənməli heç nə görmürəm”.
KAMAL SƏFƏR