La Liqada bir müqavilə, bir ayrılıq

21.05.2024 18:50 143
Dünya futbolu
İspaniya çempionatının finişi ərəfəsində iki komandada baş məşqçinin aqibəti müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, çalışdırıcılardan biri il müqavilə yenilənib, digəri ilə əməkdaşlığa isə son qoyulub.

Ernesto Valverde “Atletik” rəhbərliyinin yeni təklifini qəbul edib. Artıq baş məşqçi ilə yeni müqavilə imzalanıb. İspaniya klubunun saytının yaydığı xəbərə görə, yeni anlaşma daha bir mövsüm - 2025-ci il iyun ayının sonuna qədər qüvvədə olacaq. Valverde bilbaoluları 2022-ci ilin iyunundan çalışdırır.

“Atletik” La Liqada mövsümün sona çatmasına bir tur qalmış 37 oyuna 65 xalla 5-ci yeri tutur. Komanda artıq bu yeri təmin edib və gələn mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.

Kike Sançes Flores isə tezliklə postunu tərk edəcək. “Sevilya” rəhbərliyi onunla müddəti 2025-ci ilin yayına qədər olan müqaviləni vaxtından əvvəl pozmaq qərarına gəlib. Daha doğrusu, qərar qarşılıqlı razılıq əsasında verilib. Sançes Flores “Sevilya”nı 2023-cü ildən çalışdırır. Komanda İspaniya çempionatında 37-ci turdan sonra 41 xalla 13-cü yeri tutur.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul