Marselo Byelsanın “Atletik”ə təyinatı baş tutmayacaq.
Argentinalı mütəxəssisin namizədliyini dəstəkləyən İnyaki Areçabeleta İspaniya klubunun prezidenti vəzifəsinə keçirilən seçkidə Con Urriateyə məğlub olub. Yeni prezident isə baş məşqçi kimi Ernesto Valverdeni dəstəkləyir. 58 yaşlı ispaniyalı məşqçi tezliklə “Atletik”ə 3-cü dəfə təyinat alacaq. O, bilbaoluları daha əvvəl 2003-05 və 2013-17-ci illərdə çalışdırıb.
“Atletik”in sonuncu baş məşqçisi Marselino Qarsiya Toral olub. Komanda ötən mövsüm onun rəhbərliyi altında La Liqada 8-ci yeri tutub.