• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Volkovun “qırmızı üzü” - KÖŞƏ

Premyer-liqa / Manşet

21-05-2024, 18:0

Bu ilin fevralında gürcüstanlı futbolçu Davit Volkovun “Sabah”dan ayrılacağıyla bağlı xəbər yayılmışdı.

O da qeyd olunurdu ki, Volkov “Sabah”ı “Zirə”yə dəyişəcək. Bu yerdə onu da xatırladım ki, gürcü “Sabah”a elə “Zirə”dən gəlib. Volkovu geri qaytarmaq istədiklərini “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da gizlətməmişdi. “Səbai”lə kubok oyunundan sonra Rəşad bəy belə demişdi: “İki klub arasında danışıq olub. Biz qarşı tərəfdən cavab gözləyirik. Bu gün gecə saat 12-ə qədər vaxtımız var. İstəyərdik ki, onu heyətimizdə görək”. Hadisələrin sonrakı axarı göstərdi ki, gecə saat 12-ni vurana qədər “Zirə” ilə “Sabah” razılığa gələ bilməyiblər, buna görə də Volkov “Sabah”da qalıb.

İnternetdə Davitin karyerasıyla bağlı məlumatlara baş vuranda görürük ki, yaxşı günlərini elə Azərbaycanda yaşayıb. Qısa müddət Serbiyanın “Zemun” klubunda forma geyib. Amma orda möhkəmlənməyi bacarmayıb. 2012-ci ildən 2018-ci ilə qədər vətəni Gürcüstanda müxtəlif klubların heyətində çıxış edib. Məlum məsələdi ki, Gürcüstan klubları futbolçulara elə də yüksək məbləğdə pul verə bilmir. Ona görə də ayağı bir balaca top tutan gürcülər ilk imkandaca ölkəni tərk etmək, legioner həyatı yaşamaq arzusunda olurlar. Bununla da həm karyeralarında yüksəlişə nail olurlar, həm də yaxşı pul qazanırlar. Bir çox gürcü bu arzuya elə Azərbaycana gəlməklə nail olub. Bizdə bir vaxtlar mövcud olan “İnter”, “Bakı”, eləcə də “Qəbələ”, “Neftçi”, “Zirə”, “Sabah” və başqaları gürcülərə yaxşı pul veriblər. O cümlədən də Volkovun üzünə bəxt bu cür gülüb, normal karyeraya məhz Azərbaycanda sahib olub. Deməli, həm də yaxşı pul qazanıb.

“Qəbələ” yaxşı vaxtlarında Volkovu “Saburtalo”dan transfer etmişdi. O da özünü əyalət təmsilçisində yaxşı tərəfdən göstərdi. “Qəbələ”nin maliyyə durumu zəifləməyə başlayanda digər klublarımız komandanın legionerlərini heyətinə qatmağa başlamışdı. Volkovun da yeni dayanacağı “Zirə” oldu. Qəsəbə komandasının heyətində 58 oyunda 20 qola müəlliflik edən Davit bundan sonra daha zəngin klub sayılan “Sabah”ın maraq dairəsinə düşdü. Sizin də yadınızda olar, həmin vaxt “Zirə” gürcünü heyətində saxlamağa çalışırdı. Amma masazırlılar daha yaxşı müqavilə şərtləri təqdim etməklə onu heyətə qatmağı bacardılar. Məlum məsələdi ki, “Sabah”da legionerlərin səviyyəsi “Zirə”dən daha yüksəkdi. Belədə heyətə düşmək rəqabətdən qalib çıxmaq bacarığı tələb edir. Zaman göstərir ki, Volkov bunu heç də həmişə bacarmır. Onun “Sabah”dakı karyerası bir qədər eniş-yoxuşlu alınır. Əsas heyətdəki yerini itirən gürcüstanlı qış fasiləsində məhz bu səbədən “Sabah”dan ayrılmağı düşünürmüş. Buna şübhə etməyə dəyməz. Az öncə qeyd etdiyim kimi, iki klub arasında danışıqlar müsbət nəticələnmədiyinə görə Volkov müqavilə ilə məxsus olduğu komandada qaldı.

Həmin ərəfələrdə Volkovun “Sabah”ın heyətindəki yerini itirdiyi oyun protokolları da sübut edir. “Neftçi” ilə 19-cu turun oyununda gürcü 84-cü dəqiqədə meydana çıxıb. Bir tur sonra “Zirə”yə qarşı oyunda da Davit ehtiyatda qalıb, fasilədən sonra Murad Musayev ona şans verib. “Turan Tovuz”la görüşün 64-cü dəqiqəsində Volkov meydana çıxıbsa, “Qarabağ”la oyunda heç ehtiyat oyunçular arasında da gürcüyə yer tapılmayıb. Məhz həmin ərəfələrdə onun “Zirə”yə keçidi gündəmdə idi. 23-cü tur çərçivəsində keçirilən “Kəpəz”lə oyunun 75-ci dəqiqəsində Volkov Parrisin əvəzinə meydana çıxıb. Bütün bunları ona görə xatırladıram ki, mənzərə bir daha göz önündə canlansın. Ya transferin baş tutmaması, ya da Murad Musayevin gedişi Volkovla bağlı vəziyyəti dəyişib. Belə ki, sonradan ardıcıl bir neçə qarşılaşmada Davitə əsas heyətdə şans verilib, həmin qarşılaşmalarda da “Sabah” qələbə qazanıb, turnir cədvəlində vəziyyətini düzəltməyə başlayıb.

Krunoslav Renduliçin gəlişindən sonra yenidən “tarix təkrarlanıb”. Belə ki, gürcü futbolçu yenidən əsas heyətdəki yerini itib. Əlbəttə, biz klubun daxilində deyilik, məşqlərdə kimin özünü daha yaxşı tərəfdən göstərdiyini, əsas heyətə layiq olduğunu görə bilmirik. Amma hiss etmək çətin deyil ki, “Sabah”dakı durumundan razı olmayan Volkov özünü xoşbəxt hiss etmir. Elə bu səbəbdən də “Qəbələ” ilə səfər oyununda Renduliçdən özünəməxsus şəkildə qisas aldı. “Sabah” səfərdə autsayderə qalib gəlsəydi, indi 2-ci pillədə yer alırdı və avrokuboklara qatılmağa da hamıdan daha şanslı olardı. İlk hissədə buraxdığı qollarla məğlub duruma düşən Renduliç Volkovu “döyüşə atdı”. 61-ci dəqiqədə oyuna qoşulan gürcü komandasına kömək etmək əvəzinə cəmi 4 dəqiqə sonra təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə ilə meydandan qovuldu, “Sabah”ı azlıqda qoydu. Təsadüf olub-olmadığını dəqiq demək çətindi. Dəqiq olan odu ki, bir futbolçu komandada xoşbəxt deyilsə, ondan zamanında qurtulmaq lazımdı.

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

10-02-2024, 23:0

Volkov səhifəsi bağlandı - "Zirə" yoxsa "Sabah" üçün?

Ölkə futbolu / Manşet

14-02-2024, 14:0

Davit Volkov hardadı?

Ölkə futbolu

13-11-2023, 14:0

Davit Volkov “Sabah”ın premyer-liqada het-trik edən ilk futbolçusu olub

Aktual / Premyer-liqa

11-06-2022, 21:0

Volkovun “Sabah”la müqaviləsinin detalları

Ölkə futbolu

31-10-2022, 13:0

Volkov 30-cu qolunu vurdu

Aktual
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
"Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
“Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
“Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
Son xəbərlər
  • Bu gün, 23:50
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • Bu gün, 23:10
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • Bu gün, 22:45
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • Bu gün, 22:17
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • Bu gün, 21:50
    "Zirə" "Torpedo"nu darmadağın etdi - YENİLƏNİB
  • Bu gün, 21:22
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 20:46
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • Bu gün, 20:03
    Camal Cəfərov Qırğızıstan klubunda
  • Bu gün, 19:55
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • Bu gün, 19:34
    "İmişli"də yeni təyinat
  • Bu gün, 19:12
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
  • Bu gün, 18:42
    ''Beşiktaş'' Türkiyə yığmasının yarımmüdafiəçisini transfer etdi
  • Bu gün, 18:11
    "Qarabağ" qarşılaşa biləcəyimiz ən güclü rəqib idi" - "Vestri"nin baş məşqçisi
  • Bu gün, 17:59
    Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
  • Bu gün, 17:31
    "Kəpəz" Ehtiramla yolları ayırdı
  • Bu gün, 17:12
    ''Qalatasaray''dan İtaliyaya dönən futbolçunun gələcəyi qeyri-müəyyəndi
  • Bu gün, 16:35
    "Qarabağ" - "Vestri" oyununa görə metroda iş rejimi dəyişəcək
  • Bu gün, 16:15
    Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
  • Bu gün, 16:07
    Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
  • Bu gün, 15:48
    “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşdi - ÇL
  • Bu gün, 15:42
    "Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
  • Bu gün, 15:07
    "İmişli"dən növbəti transfer
  • Bu gün, 14:55
    ''Qalatasaray'' transferlərin gecikməsi ənənəsi bu yay da davam edəcək
  • Bu gün, 14:00
    “Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
  • Bu gün, 13:35
    “Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
  • Bu gün, 13:10
    “Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
  • Bu gün, 12:50
    “Sabah” UEFA reytinqində əmsalımızı artırdı
  • Bu gün, 12:25
    "İmişli" Bəxtiyarı transfer etdi
  • Bu gün, 11:54
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Bu gün, 11:23
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Bu gün, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Bu gün, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 133
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 131
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə