Oyunsonrası mətbuat konfransında “Sabah”ın məşqçisi Ruslan Qafitullin gürcü legionerin yoxluğunu hərarətinin olmasıyla izah etsə də, onun “Zirə” ilə danışıq aparması istər-istəməz adamı şübhələndirir. Bəlkə Volkov xəstəliyi bəhanə gətirir, sadəcə, bundan sonra “Sabah”ın formasını geymək istəmir. Adı çəkilən klubun mətbuat katibi Elnur Həmidovla əlaqə saxlayaraq, gürcü hücumçunun məşqə qatılıb-qatılmadığını soruşduq: Onun “Football-plus.az”a dedikləri:
“Volkov məşqlərə qoşulub. “Qarabağ”la oyunu hərarəti olduğu üçün buraxmışdı. Artıq sağalıb”.
KAMAL SƏFƏR



