"Boluspor" Vüsalla bağlı qərarını verdi - nə klub, nə də futbolçu özü bunu istəyir!

21.05.2024 17:39 1 160
Dünya futbolu / Manşet
Vüsal İsgəndərlinin "Boluspor"u Türkiyənin 1-ci liqasının pley-offunda "Bodrumspor"a uduzdu - 0:2.

Məğlubiyyət komandanın superliqaya yüksələ bilməməsiylə nəticələndi. İndi diqqətçəkən məqam millimizin üzvünün klubdan ayrılıb-ayrılmayacağıdı.

"Football-plus.az"a daxil olan məlumata görə, Vüsalın "Boluspor"dakı varlığı nə klubu, nə də futbolçunun özünü narahat edir. Yəni həmyerlimiz 2024/25 "futbol ili"ndə də Bolu təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, İsgəndərli yanvarda Albaniya "Eqnatiya"sından qardaş ölkəyə yollanıb. O, 2026-cı ilin yayına qədər "Boluspor"a məxsusdu.

KƏNAN BAHADIR