• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Nəhəng Qarabağ derbisi: qələbə ikisinə də sərf edir, heç-heçə heç birinə

Ölkə futbolu / Manşet

20-05-2024, 15:0

Futbol üzrə ölkə çempionatının 2-ci liqasında “Baku Sportinq” çempionluğu rəsmiləşdirsə də, 2-ci yer uğrunda gərgin mübarizə gedir.

Çünki PFL-in cari mövsüm üçün tərtib etdiyi reqlamentə əsasən 2-ci liqanın ikincisi 1-liqaya yüksəlmək uğrunda həmin liqanın doqquzuncusu ilə pley-off oynayacaq. “Füzuli” ilə “Cəbrayıl” 2-ci yerə əsas iddialılardı. Hazırda “Füzuli” rəqibini 1 xal qabaqlayır. Amma mövsümün sonuncu turunda bu iki komandanın üz-üzə gəlməsi bir növ şansları bərabərləşdirir. Bir sözlə, bazar ertəsi 2-ci liqada bizi nəhəng qarşılaşma gözləyir. Durumu daha da qəlizləşdirən məqam mümkün heç-heçənin nə “Füzuli”yə, nə də “Cəbrayıl”a faydalı olacağıdı. Çünki 4-cü pillədə qərarlaşan “Şahdağ Qusar” belədə “Ağdaş”a qalib gələrsə, qələbə sayı çox olduğuna görə 2-ci pillənin sahibi olacaq. Bu üzdən də Qarabağ təmsilçilərinin meydana yalnız qələbə üçün çıxacağı bəllidi. Hər iki komandanın çalışdırıcıları ilə oyuna hazırlıqla bağlı danışdıq.

Nadir Əliyev (“Füzuli”nin baş məşqçisi):

“Ölüm-dirim oyunu olacaq. Qələbə qazansaq, şansımız var ki, 1-ci liqaya vəsiqə uğrunda pley-off mübarizəsi aparaq. Bütün gücümüzü ortaya qoyacayıq. Hazırda “ASK Arena”da məşqlərimizi davam etdiririk. Bircə mənfi nüans Elvin Nəsibovun zədələnməsidi ki, ötən turda 7 qola imza atandan sonra “gözə gəldi”. Çox güman, qarşılaşmanı onsuz keçirəcəyik. Yeganə çətinliyimiz bundan ibarətdi. Qalan hər şey qaydasındadı. Elvin qədər də olmasa, onun yerini dolduracaq uşaqlar var. Düşünürəm ki, Elvinin yoxluğunu hiss etdirməyəcəyik. Meydana çıxıb vuruşacağıq. Bu elə matçdı ki, hər iki komandaya qələbə lazımdı. Ona görə də hər iki tərəf bütün gücüylə mübarizə aparacaq. Kimin qismətində nə varsa, o da olacaq. Allahın izni ilə yaxşı olar. Meydana yalnız qələbə üçün çıxacayıq. Futboldu, hər şey ola bilər. Bu üzdən də hər şeyə hazırıq. Yəni fərqli nəsə baş versə, bizim üçün faciə olmayacaq. Sadəcə, istəyirik ki, qalib gələk və 1-ci liqaya yüksəlmək şansını davam etdirək. Çünki bu qədər əziyyət çəkmişik, çox çətinliklərə sinə gərərək, bura qədər gəlib çıxmışıq. İndi şükürlər olsun ki, işlərimiz də düzəlir”.

Cavid Hüseynov (“Cəbrayıl”ın baş məşqçisi):

“Həm bizim, həm də “Füzuli” üçün çox çətin oyun olacaq. Çünki bu görüşdə pley-off oynayacaq komandanın adına aydınlıq gələcək. Unutmaq lazım deyil ki, “Şahdağ Qusar” da bu oyunun nəticəsini gözləyir. Hazırda dördüncü pillədədilər. Bizim oyunumuz heç-heçə bitsə və “Şahdağ Qusar” qalib gəlsə, onda ikinci pilləni tutub, pley-off şansı əldə edəcək. Hər üç komandanın şansı var. Ümumilikdə bu mübarizə ağır olacaq. İşlərimiz davam edir, qarşılaşmaya yaxşı hazırlaşırıq. Doğrudu, itkilərimiz var. Vüsal Hüseynov 4 sarı vərəqəyə görə oyunu buraxacaq. Yüngül zədəlilərimiz də var. Amma düşünürəm ki, hələ vaxtımız var. Çalışacağıq ki, tam, komanda şəklində oyuna hazır olaq”.

Xatırladaq ki, oyunun start fiti bu gün, saat 17.30-da “ASK Arena”da səslənəcək. “Cəbrayıl” ev oyunlarını Binə qəsəbə stadionunda keçirtsə də, azarkeş amili və “Füzuli”nin razılığı da nəzərə alınmaqla bu qarşılaşma “ASK Arena”ya salınıb.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / 2-ci liqa

14-05-2024, 19:0

"Baku Sportinq" çempionluğunu rəsmiləşdirdi - YENİLƏNİB

2-ci liqa

28-08-2023, 22:0

2-ci liqada 2023-24 mövsümünün - TƏQVİMİ

Aktual / Ölkə futbolu

20-05-2024, 12:0

“Pley-off oynamaq “Füzuli” - “Cəbrayıl” oyununun nəticəsindən asılı olan şeydi” – “Şahdağ Qusar”dan reaksiya

Ölkə futbolu / Manşet

20-05-2024, 11:0

Pley-offa hansı komanda vəsiqə qazanacaq? - YENİLƏNİR

2-ci liqa

4-09-2023, 16:0

2-ci liqa Qarabağ derbisi ilə başladı

2-ci liqa / Manşet

16-04-2024, 13:0

"Şəfa" "Kür-Araz"a, "Ağdaş" "Cəbrayıl"a qarşı - YENİLƏNİR

Aktual
“Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
“Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
“Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
Son xəbərlər
  • Bu gün, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 23:17
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Dünən, 21:35
    Romadan Milana üz tuta bilər
  • Dünən, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Dünən, 20:53
    “Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
  • Dünən, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Dünən, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Dünən, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Dünən, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Dünən, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Dünən, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Dünən, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Dünən, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Dünən, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Dünən, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Dünən, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Dünən, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Dünən, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Dünən, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Dünən, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Dünən, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Dünən, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Dünən, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Dünən, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Dünən, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Dünən, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Dünən, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Dünən, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • 10-06-2026, 23:0
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • 10-06-2026, 22:0
    "Şəfa"da daha üç ayrılıq
Daha çox
Oxunub: 728
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 493
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 258
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 202
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 199
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə