Pley-offa hansı komanda vəsiqə qazanacaq? - YENİLƏNİR

20.05.2024 11:30 200
Ölkə futbolu / Manşet
Bu gün 2-ci liqada sonuncu - 26-cı tura start veriləcək.

İlk oyun günündə beş qarşılaşma keçiriləcək.”Qusar” Sumqayıtda “Lerik”i sınağa çəkəcək. Əvvəlki turda “Kür-Araz” üzərində sürpriz qələbə qazanan cənublular bu uğuru təkrarlamağa çalışacaq. “Sheki City” isə səfərdə “Dinamo”nu məğlub etməklə “Kür-Araz”a çata bilər. Turun mərkəzi görüşü Bakıda baş tutacaq. “Cəbrayıl”la “Füzuli” 2-ci yer uğrunda amansız mübarizə aparacaq. 1-ci liqaya yüksəlmək üçün pley-off şansını əldə etməyə çalışan hər iki tərəf 3 xal istəyir. Mümkün heç-heçə isə “Şahdağ Qusar”ın pley-off şansını artıracaq. Belə ki, qusarlılar Şamaxıda “Ağdaş” üzərində qələbə qazanarsa, rəqiblərinin heç-heçəsi halında 2-ci pilləyə yüksələcək. Çempionun taleyinə isə bildiyiniz kimi, artıq ötən tur aydınlıq gəlib.

Çərşənbə axşamı keçiriləcək “Kür-Araz” – “Şəmkir”, “Şəfa” – “Baku Sportinq” görüşləriylə 2-ci liqada mövsümə yekun vurulacaq.

20 may
Qusar –Lerik

Sumqayıt. “Kapital Bank Arena”nın ehtiyat meydançası. Saat 15.00.

Dinamo – Sheki City
Binə. Qəsəbə stadionu. Saat 16.00.

Kürmük Qax – Göygöl
Qax. Olimpiya İdman Kompleksinin stadionu. Saat 16.00.

Şahdağ Qusar – Ağdaş
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu. Saat 17.30.

Cəbrayıl – Füzuli
Bakı. “ASK Arena”. Saat 17.30.

Xal durumu: Baku Sportinq – 61, Füzuli – 56, Cəbrayıl – 55, Şahdağ Qusar – 54, Qusar – 48, Kür-Araz – 38, Sheki City – 35, Göygöl – 32, Dinamo, Ağdaş – 24, Lerik – 22, Şəmkir – 19, Şəfa – 18, Kürmük Qax – 14.

Bombardirlər: Elvin Nəsibov (Cəbrayıl/Füzuli) – 31, Tural Qurbatov (Şahdağ Qusar) – 30.

KAMAL SƏFƏR