Redorik Miller üçün mövsüm başa çatdı

8.05.2024 13:00 154
Ölkə futbolu
"Turan Tovuz"un futbolçusu Roderik Miller üçün mövsüm başa çatıb.

"Football-plus.az" xəbər verir ki, buna AFFA İntizam Komitəsinin panamalı müdafiəçini 4 oyunluq cəzalandırması səbəb olub.

32 yaşlı oyunçu "Zirə"yə 1:2 hesabı ilə uduzduqları premyer-liqanın 33-cü turunun matçında təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Tovuz təmsilçisi legionerin bu hərəkəti ucbatından 3000 min manat cərimələnib.

"Zirə" isə cəmi 700 manat ziyana düşüb. Paytaxt klubunun 5 oyunçusu sözügedən görüşdə sarı vərəqə ilə cəzalandırılıb.