“Fiorentina”nın növbəti məşqçisi bilindi

15.05.2024 14:00 148
Dünya futbolu
Vinçentso İtalyanonun mövsümün sonunda “Fiorentina”nı tərk edəcəyi məlum idi.

Artıq komandanın növbəti baş məşqçisinin kimliyi bilinib. Tanınmış jurnalist Nikolo Skira İtalyanoya Alberto Akvilaninin xələf olacağını bildirib. O, florensiyalıların sabiq yarımmüdafiəçisinin klubun təklifini müsbət cavabladığını deyib.

“Fiorentina”da 2012-15-ci illərdə çıxış etmiş Akvilani hazırda çalışdırdığı “Piza”nı tezliklə tərk edəcək.