Hüseynovun komandası qalib gəldi

12.05.2024 17:30 150
Dünya futbolu
Bolqarıstan çempionatında 33-cü turun matçları keçirilib.

“Football-plus.az” xəbər verir ki, Cəlal Hüseynovun formasını geyindiyi "Arda" növbəti matçını keçirib.

Millimizin üzvünün komandası evdə "Botev"lə görüşüb və 2:1 qalib gəlib. Meydana start heyətində çıxan Cəlal sona qədər oynayıb.

Xatırladaq ki, "Arda" 44 xalla 9-cu pillədə qərarlaşıb.