• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yazıcının rekordu “Lill”ə bəs etmədi

Konfrans Liqası

21-04-2024, 21:0

Cümə axşamı Konfrans Liqasının (KL) 1/4 finalına yekun vuruldu.

“Football-plus.az” xəbər verir ki, həlledici 4 matçda çox müxtəlif nəticələr qeydə alındı.

Bu mərhələdə Fransada keçirilən oyun daha çox maraq doğururdu. Səbəb Avropanın aparıcı liqalarını təmsil edən iki komandanın qarşılaşması idi. Yerli “Lill” aprelin 11-də səfərdə “Aston Villa”ya 1:2 hesabıyla uduzmuşdu. Görünür, Paulu Fonseka komandasını cavab görüşünə əla hazırlayıbmış. “Şimallı itlər” matçın əvvəlini yüksək səviyyədə keçirdilər və 15-ci dəqiqədə Yazıcı hesabı açdı. Türkiyəli yarımmüdafiəçi avrokuboklarda “Lill”in formasında 12-ci qolunu vurdu. O, Fransa klubunun qitə arenasında ən yaxşı bombardiri oldu. Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi həm də Hakan Çalhanoğlu (İnter) ilə birlikdə avrokuboklarda xarici ölkə klubunun oyunçusu kimi ən çox qol vuran türkdü. Yazıcının komandası fasilədən sonra rəqib qapısına yenə yol tapdı. Andrenin qolu Unay Emerini dərhal Beylini meydana buraxmağa vadar etdi. Təcrübəli mütəxəssis bir neçə dəqiqə sonra hücum xəttini Duran ilə də gücləndirdi. Nəticədə rəqibi qapısına sıxışdıran birmingemlilər son dəqiqələrdə müdafiəçi Keşin qolu ilə iki oyunun nəticəsinə əsasən hesabı 3:3-ə çatdırdılar. Qaçılmaz olan 30 dəqiqəlik əlavə vaxtda qol vurulmadığı üçün penalti seriyasına ehtiyac duyuldu. Bu sınaqdan isə 4:3 hesabıyla İngiltərə klubu qalib çıxdı.

İlk oyunlarda yeganə heç-heçə Çexiyanın Plzen şəhərində qeydə alınmışdı. Yerli “Viktoriya” ilə “Fiorentina” bir-birinin qapısına yol tapa bilməmişdi. Qeyd edək ki, qrup mərhələsini yalnız bir komanda - “Viktoriya” maksimum nəticə ilə başa vurmuşdu. Plzenlilər Florensiyada ev sahiblərinin hücumlarına davam gətirə bilirdi. Amma Kadunun 66-cı dəqiqədə kobud oyuna görə birbaşa qırmızı vərəqə alması onun komandasına baha başa gəldi. Mübarizəni çox böyük çətinliklə əlavə vaxta daşıyan qonaqlar burda iki top buraxaraq uduzdular.
Belçikada PAOK-a 1:0 hesabıyla qalib gələn “Brügge” rəqibini Yunanıstanda da məğlub etdi. İspaniyalı hücumçu Xutqlanın vurduğu iki cavabsız qol komandasının salonikililər üzərində aşkar üstünlüyünü təmin etdi.

Bu mərhələnin ən gec başa çatan oyunu İstanbulda keçirildi. “Fənərbaxça” Yunanıstanda 2:3 hesabıyla uduzduğu “Olimpiakos”u evdə minimal hesabla üstələyə bildi. Lakin penalti seriyasına qədər uzanan matçın qalibi pireylilər oldular.

Beləliklə, yarımfinalın mayın 2-nə təyin olunan ilk oyunlarında “Aston Villa” “Olimpiakos”u, “Fiorentina” isə “Brügge”ni qəbul edəcək. Cavab görüşləri mayın 8-9-da keçiriləcək.

1/4 final, cavab oyunları
Lill (Fransa) - Aston Villa (İngiltərə) 2:1, p. – 3:4 (ilk oyun – 1:2)
Yazıcı, 15. Andre, 68 - Keş, 87.
Lill: Şevalye, Tyaqo Santuş, Diakite, Yoro, İsmaili, Qudmundsson (Kabella, 91), Bentaleb, Andre, Yazıcı (Kavaleyro, 86), Haraldsson (A.Qomes, 77), Devid.
Aston Villa: E.Martines, Keş, Konsa, Torres, Din, Makqinn (Duran, 80), Zanyolo (Rocers, 28), Tilemans, Duqlas Luis, Diabi (Beyli, 68), Uotkins.

Fiorentina (İtaliya) - Viktoriya (Plzen, Çexiya) 2:0, əlavə vaxtda (0:0)
N.Qonsales, 92. Biraqi, 108.
Fiorentina: Terraçano, Dodo (Faraoni, 88), Milenkoviç, Ranyeri, Biraqi, Mandraqora (L.Martines, 90), Artur (Lopes, 66), N.Qonsales (Sottil, 98), Kuame, Belotti (İkone, 88), Beltran (Barak, 75).

PAOK (Yunanıstan) - Brügge (Belçika) 0:2 (0:1)
Xutqla, 33; 45.
Brügge: Yakkers, Sabbe, Ordonyes, Balanta, Meyer, Vanaken, Vetlesen (Zinkernaqel, 83), Nvadike, Skuras (Talbi, 87), Xutqla, Nusa (Ordoi, 76).

Fənərbaxça (Türkiyə) - Olimpiakos (Yunanıstan) 1:0, p. - 2:3 (2:3)
Kahveci, 11.
Bombardirlər: Zahavi (Makkabi T-Ə) - 8, Petkoviç (Dinamo) - 7.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-12-2023, 11:0

Türkiyəli ulduz adını Fransa klubunun tarixinə yazdırdı

Dünya futbolu

16-04-2024, 19:0

Uotkins Yorkun rekordunu təkrarladı

Dünya futbolu

18-03-2024, 19:0

Mahirin komandası 1/4 finala çıxa bilmədi

Dünya futbolu

30-09-2023, 00:0

“Reyms” “şimallı itlər”i məğlub etdi

Konfrans Liqası

12-03-2024, 21:0

Mahirin komandası 1/4 finala yaxınlaşdı

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 104
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 97
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə