Rahil 90 dəqiqə oynadı

24.02.2024 11:30 193
Dünya futbolu
Millimizin üzvü Rahil Məmmədovun çıxış etdiyi LKS Polşa çempionatında 22-ci turun oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda səfərdə "Poqon"la qarşılaşıb və 2:4 hesabı ilə uduzub. Rahil start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb.

Bu nəticədən sonra "Poqon" 39 xalla 3-cü pillədə qərarlaşıb, LKS 10 xalla 18-ci-sonuncudu.