Polşa çempionatında 17-ci turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, milimizin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi LKS səfərdə "Stal Meleç"lə qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.
Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb. O, matçın 70-ci dəqiqəsində sarı vərəqə alıb.
Bu nəticədəsn sonra LKS 10 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.