Rahil oynadı, komandası qalib gəldi

14.04.2024 16:50 180
Dünya futbolu
Polşa çempionatında 28-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi LKS bu turda "Radomiak Radom"u qəbul edib.

Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb. O, matçın 10-cu dəqiqəsində sarı vərəqə alıb.

Bu nəticədən sonra xallarını 21-ə çatdıran LKS 17-ci pilləyə yüksələrək sonuncu yerdə qurtulub. "Rodamiak Radom" isə 35 xalla 10-cudu.